Böyük hissəsi Dəmirçi Qafara məxsus olan şirkət 2,5 milyon manat borc alır
"AQA Şirkətlər Qrupu" QSC-yə daxil olan "Ferrrum Kapital" QSC istiqraz yerləşdirilməsi yolu ilə 2,5 milyon manat borc alır.
Marja.az xəbər verir ki, "Ferrrum Kapital" QSC hər birinin nominal dəyəri 1000 manat olan 2500 ədəd istiqraz buraxır. Şirkət istiqrazı əldə edənlərə illik 13% ödəməyi nəzərdə tutur.
Yerləşdirmə üzrə anderrayter "Unicapita İnvestisiya Şirkəti"dir.
"Ferrum Kapital" QSC-nin səhmdarları 2 fiziki (Demirçi Qafar Aydın oğlu (68%) və Habib Zadeh Mohammad Reza (23%)) və 2 hüquqi şəxsdir.
2022-ci ildə də "Ferrum Kapital" illik 11.5 %% gəlirliliyi olan 5 milyon manatlıq istiqrazları yerləşdirmişdi.
2017-ci ildən fəaliyyət göstərən “Ferrum Capital” faktorinq şirkətidir. Faktorinq biznes sahiblərinin müəssisə (və ya şirkət) daxilində nağd pul axınını yaxşılaşdırmaq üçün ödənilməli invoyslarının bir hissəsini və ya hamısını faktorinq şirkətinə satması ilə həyata keçirilən maliyyələşdirmə prosesidir. “Ferrum Capital” pərakəndə ticarətdə satışın hissə-hissə ödənişini də maliyyələşdirir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir






















