Paşinyandan "Ermənistan tənəzzülə uğrayıb, Azərbaycan inkişaf edib" açıqlaması
Paşinyan 1994-cü ildə atəşkəsdən sonra Ermənistanın tənəzzülə uğradığını, Azərbaycanın inkişaf etdiyini açıqlayıb1994-cü ildə atəşkəs elan olunandan sonra Azərbaycan əhalisi 2 dəfə artıb, Ermənistan əhalisi isə xeyli azalıb.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Ermənistan parlamentində 44 günlük müharibəni araşdıran istintaq komissiyasının növbəti iclasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“1994-cü ildə atəşkəs elan olunan zaman qeyd olundu ki, Ermənistan tərəfi müharibədə qalib gəlib, Azərbaycan tərəfi isə məğlub olub. Bəs niyə bu qələbə nəticəsində Ermənistanın əhalisi artmadı, əksinə azaldı və Azərbaycanı iqtisadiyyat sahəsində rəqabətdə məğlub etmək mümkün olmadı? Bu, təhlükəsizliyin təmin olunması və hərbi büdcə ilə bağlıdır”, - Paşinyan bildirib.
“Hamımız bilirik ki, 1997-1998-ci illərdə Qarabağ məsələsi Ermənistanın daxili siyasətində çox mühüm yer tuturdu”, - Baş nazir əlavə edib.
Paşinyan: Qarabağı Azərbaycan ərazisi kimi tanımaq bəlkə də müharibənin qarşısını ala bilərdi
Paşinyan bildirib ki, Qarabağın Azərbaycandan ayrı olması iddiasından imtina etmək bəlkə də müharibənin qarşısını ala bilərdi.
Onun sözlərinə görə, hərbi əməliyyatların başlamaması üçün nəzəri olaraq imkan olub.
Paşinyan qeyd erdib ki, əgər Ermənistan tərəfi danışıqlar zamanı Qarabağın Azərbaycanın tərkibində olması variantını nəzərdən keçirsəydi, 44 günlük müharibənin qarşısını almaq olardı:
“Biz deyə bilərik ki, Qarabağın Azərbaycandan ayrı olması ideyasını qəbul etmirik və əlbəttə, bu, müharibənin baş verməyəcəyinə zəmanət vermirdi, lakin bunun üçün nəzəri imkan yaratmış olardı”, - Ermənistanın hökumət başçısı bildirib.
“Danışıqlar prosesində bir neçə fikir ayrılığı var idi ki, onlar bu və ya digər şəkildə hərbi əməliyyatların bərpası üçün səbəb ola bilərdi. Bu, Laçın dəhlizinin fəaliyyəti, Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası, məcburi köçkünlərin geri qaytarılması məsələləridir”, - Baş nazir əlavə edib.
XXX
“Məni əmin etmişdilər ki, Ermənistan ordusu qarşısına qoyulan tapşırıqları yerinə yetirə biləcək”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Ermənistan parlamentində 44 günlük müharibənin şərtlərini araşdıran istintaq komissiyasının növbəti iclasında bildirib.
Baş nazirin sözlərinə görə, 2020-ci ilin avqust ayında ona bildirilib ki, ordunun hazırlığı yüksək səviyyədədir və qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirəcək.
O həmçinin qeyd edib ki, hakimiyyətə gəldikdən sonra “hər şey ordu üçün” prinsipini rəhbər tutub: “2019-cu ildə orduda müqavilə ilə xidmət edən hərbçilərin maaşları artıb, texnika və sursat alınıb. İndiyə qədər elə bir hal olmayıb ki, ordu hökumətə hansısa məsələ ilə bağlı müraciət etsin və maliyyə çatışmazlığı səbəbindən imtina cavabı alsın”.
Paşinyan Rusiya istehsalı olan “Su-30” qırıcı təyyarələrinin alınmasına toxunaraq əlavə edib ki, hakimiyyət dəyişikliyindən sonra müdafiə sahəsinə dair planlar dəyişməyib: “Hər hansı silahın alınmaması Ermənistanın istəyi ilə bağlı deyil, satan tərəfin həmin silahı tədarük etmək istəyi ilə bağlıdır”, - deyə Baş nazir bildirib.
Paşinyan vurğulayıb ki, Ermənistan pulu köçürüb, lakin hələ də silah almayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
12 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
13 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
13 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 14 saat əvvəl
-
14 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir























