“Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçiriblər
(®) “Azercell Könüllüləri” tərəfindən Qurban bayramı münasibətilə “Nəsilləri birləşdirən könüllər” aksiyası təşkil olunub.
Bu təşəbbüs Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət müəssisəsinin sakinlərini və “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Qadın və Uşaq sığınacağında məskunlaşmış uşaqları əhatə edib.
Aksiyanın əsas məqsədi yaşlı və gənc nəsli bir araya gətirmək, ahıl şəxslərin tövsiyə və həyat təcrübələrini uşaqlara ötürmək, hər iki nəslin nümayəndələrinə xoş əhval-ruhiyyə bağışlamaq olub. Bilgəh qəsəbəsində yerləşən Ahıl Şəxslər üçün Sosial Xidmət müəssisəsində baş tutan tədbirdə 300-ə yaxın insan iştirak edib. “Azercell Könüllüləri” ahıllar və uşaqlar üçün birgə əyləncə proqramı təşkil edib, iştirakçılara hədiyyələr veriblər.
Qeyd edək ki, “Azercell Könüllüləri” təşkilatı 2004-cü ildən etibarən fəaliyyət göstərir və həssas qrupa aid şəxslərə dəstək olur. Sosial məsuliyyət öhdəliklərinə və xeyriyyə ənənələrinə sadiq olan Azercell şirkətinin əməkdaşları bu istiqamətdə fəaliyyətini davam etdirir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz





















