“İş dünyası - 100 ilin zirvəsi” biznes forum-sərgi keçirilb
“İş dünyası - 100 ilin zirvəsi” biznes forum-sərgisində Azərbaycan və Türkiyənin KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında təcrübə mübadiləsi, investisiya qoyuluşunun təşviqi kimi məsələlər müzakirə edilib, yerli şirkətlərin məhsul və xidmətləri nümayiş olunub.İstanbul şəhərində “İş dünyası - 100 ilin zirvəsi” biznes forum-sərgi keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) tərəfdaşlığı, KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və “MÜSİAD Azərbaycan”ın təşkilatçılığı ilə keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunub.
Tədbirin məqsədi Azərbaycan və Türkiyənin KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında təcrübə mübadiləsi, yerli şirkətlərin məhsul və xidmətlərinin tanıdılması ilə satış imkanlarının genişləndirilməsi, mövcud investisiya imkanlarının təqdim edilməsidir.
Panel müzakirələr formatında təşkil olunan tədbirdə MÜSİAD-ın sədri Mahmut Asmalı, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) sədri Hasan Basri Kurt, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanqın, “MÜSİAD Azərbaycan”ın sədri Rəşad Cabirli və “PWN İstanbul” təşkilatının nümayəndəsi Aylin Olsun Azərbaycan-Türkiyə iqtisadi-ticarət əlaqələri, əməkdaşlıq perspektivləri, potensial investisiya imkanları barədə çıxış ediblər.
Sonra iştirakçılar tədbir çərçivəsində təşkil olunan sərgi ilə tanış olublar. Sərgidə kənd təsərrüfatı, İKT, tikinti və inşaat, xidmət, daşınmaz əmlak, turizm və hotelçilik, qida sənayesi, mebel istehsalı, reklam və poliqrafiya sahələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin məhsul və xidmətləri nümayiş olunub. Sərgi iyulun 14-dək davam edəcək.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 7 saat sonra
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















