Unibank birinci yarımili yüksək nəticələrlə başa vurub
Unibankın kredit portfeli rekord həddə çataraq ilk dəfə milyardı ötüb və 1 milyard 5 milyon manata çatıb. Bank bu ilin birinci yarısını 9,2 milyon manat xalis mənfəətlə başa vurub.“Unibank” KB ASC 2023-cü ilin ikinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, ötəni ilin uyğun dövrü ilə müqayisədə bankın xalis mənfəəti kəskin artıb, aktivlərin həcmi milyard yarımı keçib, kredit portfeli üzrə rekord göstərici əldə olunub.
30 iyun 2023-cü il tarixinə Bankın əməliyyat mənfəəti ötən ilin uyğun dövrü ilə müqayisədə 20 milyon artaraq 28 milyon manatı keçib. Cəmi gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 % artaraq, 148 milyon manat olub. Bankın xalis mənfəəti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12 dəfə artıb. Bununla da Unibank bu ilin birinci yarısını 9.2 milyon manat xalis mənfəətlə başa vurub.
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov 2023-cü ilin birinci yarısını bank üçün uğurlu və inkişaflı dövrlərdən hesab edir:
“İlk yarım il ərzində əldə etdiyimiz nəticələr, bankın dayanıqlı inkişafının davam etdiyini və bazar mövqeyinin uğurla möhkəmləndiyini göstərir. Bankın sürətli artımı ilə bərabər kapital mövqeyinin möhkəmlənməsi, xalis mənfəətin həcmindəki ciddi artım, real sektora dəstəyin daha da çoxalması, müştəri əmıliyyatlarının əsasının tədricən rəqəmsal müstəviyə keçidi, bankın stabil və davamlı inkişafının göstəricisidir. Biz çox şadıq ki, son illərdə həyata keçirdiyimiz böyük büdcəli sərmayə layihələri, o cümlədən Leobank layihəsi artıq öz bəhrəsini verməyə başlayıb. Bu xoş nəticələr 2023-cü il üçün qarşıya qoyduğumuz hədəflərə nail olmaqda və müştərilərimiz üçün daha yaxşı layihələr icra etməkdə əminlik yaradır”.
Bankın kredit portfeli rekord həddə çataraq ilk dəfə milyardı ötüb və 1 milyard 5 milyon manata çatıb. Bu həm də 2022-ci ilin ilk yarısı ilə müqayisədə 21% artım deməkdir.
Portfelin strukturunda biznes kreditlərinin payı artıb. Biznes kredit portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 17 % artaraq 311 milyon manata yaxın olub. Ayrıca mikro kreditlər portfeli də ciddi artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 41 % artaraq, 155 milyon manata çatıb. Mikrokredit məhsullarının ölkə üzrə mikro sahibkarlara rahat əlçatanlığı, skorinq sistemi ilə saniyələr ərzində sürətli kreditin verilməsi və digər üstünlüklər Unibankı seçən mikro müştərilərinin sayının artmasına imkan yaradıb. Ötəni ilin uyğun dövrü ilə müqayisədə mikro müştərilərin sayında 21 % artım olub. 2022-ci ilin eyni dövrü ilə müqayisədə bankı seçən biznes sahiblərinin sayı isə ümumilikdə 32 % artıb. Geniş müştəri bazasına çıxmaqla, biznes kredit portfelinin diversifikasiyası da təmin olunub.
Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 2-ci rübü ilə müqayisədə 27 % artaraq, 140 milyon manat olub. Yüksək artım kapital adekvatlılığının yüksəlməsi fonunda baş verib. Belə ki, ötən ilin uyğun dövrü ilə müqayisədə bankın kapital adekvatlılıq əmsalı artaraq, 12,6 % təşkil edib. Bu dövrdə bankın aktivləri də artaraq, 1 milyard 560 milyon manatı ötüb.
Əmanətlərin həcmi isə 114 milyon manat artaraq, 614 milyon manata çatıb. Cari hesab qalıqlarındakı vəsaitin həcmində isə ötən ilin eyni dövrü ilə müqayisədə 70 %-lik artım qeydə alınıb.
2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin 1-ci yarımilində Unibank kartları üzrə nağdsız əməliyyatların həcmi 2.6 dəfə artaraq, 4 milyard manata çatıb. Müştərilərin Unibank kartlarına yüksək marağı, ötən ilin eyni dövrü ilə müqayisədə kart sahiblərinin sayında 30 %-i ötən artımla nəticələnib.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 31 ildə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
2 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























