Azərbaycanda mehmanxanalar 83,4% boş qalıb
2023-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 16,6 faiz səviyyəsində olmuşdur (2022-ci ilin yanvar-iyun aylarında 12,4 faiz). Başqa ifadə ilə, tutumun 83,4%-dən istifadə olunmayıb.Dövlət Statistika Komitəsi 2023-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında məlumatları açıqlayıb.
Marja.az Komitəyə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 32,7 faiz artaraq 1363,2 min olmuşdur. Gecələmələrin ümumi sayının 61,1 faizi Bakıda, 5,0 faizi Qusarda, 4,8 faizi Qubada, 4,4 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 3,0 faizi Şabranda, 2,8 faizi Lənkəranda, 2,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,5 faizi Xaçmazda, 1,2 faizi İsmayıllıda, 1,1 faizi Gəncədə, 1,0 faizi Şamaxıda, 0,8 faizi Şəkidə, 0,7 faizi Mingəçevirdə, 0,7 faizi Şuşada, 0,7 faizi Qaxda və 5,4 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 56,5 faiz artaraq 788,1 min olmuşdur ki, bu da ümumi gecələmələrin 57,8 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 17,4 faizi Rusiya Federasiyası, 8,8 faizi Hindistan, 8,6 faizi Türkiyə, 6,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 6,5 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi İsrail, 4,0 faizi Böyük Britaniya, 3,5 faizi Küveyt, 2,7 faizi ABŞ, 2,7 faizi Qazaxıstan, 2,1 faizi Gürcüstan, 2,1 faizi Pakistan, 1,9 faizi Özbəkistan, 1,7 faizi Almaniya, 1,6 faizi Çin, 1,3 faizi İtaliya, 1,0 faizi Belarus, 0,9 faizi Qətər, 0,9 faizi Ukrayna, 0,8 faizi Fransa, 0,7 faizi İran, 0,6 faizi Polşa, 0,5 faizi Niderland, 0,5 faizi Oman, 18,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 84,2 faizi Bakıda, 4,0 faizi Qusarda, 3,6 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,0 faizi Qubada, 0,4 faizi Gəncədə, 2,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artaraq 575,1 min olmuşdur ki, bu da ümumi gecələmələrin 42,2 faizini təşkil edir.
2023-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42,4 faiz artaraq 209,3 milyon manat olmuşdur ki, onun da 60,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,4 faizi ictimai iaşə xidmətlərindən, 4,4 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2023-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 16,6 faiz səviyyəsində olmuşdur (2022-ci ilin yanvar-iyun aylarında 12,4 faiz). Bu göstərici Naftalanda 43,4 faiz, Şabranda 35,4 faiz, Bakıda 27,1 faiz, Beyləqanda 26,9 faiz, Qubada 23,2 faiz, Bərdədə 22,8 faiz, Qusarda 19,5 faiz, Sabirabadda 18,7 faiz, Şuşada 18,6 faiz, Lənkəranda 17,9 faiz, Ağcabədidə 17,4 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
14 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
19 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
19 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
20 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
20 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ






.jpg)










.jpg)
