Maliyyə bazarları sahəsində yoxlamalar ilə bağlı QANUN DƏYİŞDİ
Maliyyə bazarları sahəsində aparılan yoxlamalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənəcəkdir.
Marja.az xəbər verir ki, indiyədək “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmirdi.
Dəyişikliyə görə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 2.2-ci maddəsindəki "Qanunun vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir" sözlərindən "maliyyə bazarları sahəsində aparılan yoxlamalara" sözləri çıxarılırb.
Qanuna edlən əlavə maddəyə görə, maliyyə bazarları sahəsində aparılan yoxlamalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənəcəkdir.
Qeyd edək ki, bugün Azərbaycan Prezidenti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzaalyıb.
Dünən Prezident tərəfindən dəyişikliklərin imzalandığı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna görə, Mərkəzi Bank nəzarət subyektinin maliyyə dayanıqlılığını, risk profilini qiymətləndirmək, nəzarət subyektinin fəaliyyətinin maliyyə bazarlarını tənzimləyən qanunlara və normativ xarakterli aktlara uyğunluğunu yoxlamaq, tətbiq edilmiş təsir, təshih tədbirlərinin və sanksiyaların, icrası məcburi olan digər göstərişlərin icra vəziyyətini müəyyən etmək məqsədilə yoxlamalar keçirir.
Yoxlamalar dövriliyinə görə planlı və plandankənar, əhatə dairəsinə görə hərtərəfli və ya tematik olaraq bu Qanuna və Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi qaydalara uyğun olaraq aparılır. Bu zaman yoxlamaların müddəti 45 (qırx beş) iş günündən çox olmayaraq müəyyən edilir.
Yoxlamanın aparılması məqsədilə müəyyən edilmiş müddət yoxlamanın başa çatdırılması üçün kifayət etmədikdə Mərkəzi Bankın sədri və ya onun səlahiyyət verdiyi şəxsin müvafiq qərarı əsasında yoxlama ən çoxu növbəti 45 (qırx beş) iş günü müddətinə qədər uzadıla bilər.
Planlı yoxlamalar nəzarət subyektinin risk profilinə uyğun olaraq Mərkəzi Bank tərəfindən müəyyən edilən yoxlamalar planı üzrə aparılır. Planlı yoxlamalar hərtərəfli və ya tematik olmaqla eyni nəzarət subyektinə münasibətdə ildə bir dəfədən çox olmayaraq aparıla bilər.
Plandankənar yoxlamalar hərtərəfli və ya tematik olmaqla aşağıdakı hallarda aparıla bilər: 52.4.1. Mərkəzi Banka təqdim edilən hesabatların təhlili və digər mənbəyi məlum olan məlumatlar əsasında nəzarət subyektində:
-kapital adekvatlılığı, likvidlik və ya ödəmə qabiliyyəti göstəricilərinin pisləşdiyi müşahidə edildikdə, o cümlədən aktivlərin itirilməsi təhlükəsi yarandıqda;
- aktivlərin keyfiyyəti və maliyyə vəziyyətini xarakterizə edən göstəricilər kəskin və ya davamlı olaraq pisləşdikdə, yaxud dəyişdikdə;
-aktivlərin fiziki mövcudluğuna dair əsaslı şübhə yarandıqda;
- öhdəliklərin və ya ödənişlərin icra edilməsi üçün zəruri olan likvid vəsaitlər əhəmiyyətli səviyyədə, yaxud davamlı olaraq azaldıqda;
- idarəetmə sistemində onun prudensial idarə edilməsinə təhlükə yarada bilən halların meydana çıxdığı müəyyən edildikdə;
- qanunvericiliyin pozulması faktının və ya buna səbəb olan halların yerində araşdırılması tələb olunduqda;
- təqdim edilmiş hesabatlardakı göstəricilərlə müvafiq əməliyyatların real xüsusiyyəti və ya mövcud vəziyyəti, həmçinin əldə edilmiş digər məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə;
-maliyyə bazarlarına nəzarət sahəsində qarşılıqlı əməkdaşlıq çərçivəsində xarici maliyyə bazarlarının tənzimlənməsi və nəzarət orqanlarının sorğuları daxil olduqda;
- müvafiq nəzarət subyekti barəsində yoxlamanın aparılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
-cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri və halları ilə bağlı əsaslı şübhələr olduqda;
- istehlakçıların və investorların hüquqlarının pozulması ilə bağlı şikayətlərin araşdırılması zamanı məsələlərin yerində yoxlanılması tələb olunduqda;
- nəzarət subyektinə tətbiq edilmiş təsir, təshih tədbirlərinin, sanksiyaların və icrası məcburi olan digər göstərişlərin icra vəziyyəti yoxlanıldıqda, habelə həmin göstərişlərin icrası barədə Mərkəzi Banka müəyyən edilmiş müddət ərzində məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu aşkar edildikdə;
- maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulan digər hallarda.
Yoxlama planı və yoxlama barədə qərar Mərkəzi Bankın sədri və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən təsdiq edilir. Yoxlama barədə qərarda nəzarət subyektinin adı və ünvanı, yoxlamanın başlanma tarixi və müddəti, növü, əhatə dairəsi, yoxlama plandankənar olduqda onun təyin edilməsinə əsas verən hal, yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi, habelə yoxlamanın dövrü qeyd edilir.
Yoxlamalar Mərkəzi Bankın əməkdaşları və (və ya) Mərkəzi Bank tərəfindən təyin edilən kənar auditorlar (yoxlayıcılar) tərəfindən həyata keçirilir. Yoxlayıcıların tərkibinə qarşılıqlı fəaliyyət prinsipi əsasında Mərkəzi Bankın yoxlamalar sahəsində əməkdaşlıq haqqında saziş bağladığı xarici ölkənin nəzarət orqanının əməkdaşları və digər şəxslər (ekspertlər, mütəxəssislər) də daxil edilə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
8 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
9 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
9 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib

















.jpg)


