Azərbaycana uçuş həyata keçirən aşağıbüdcəli aviaşirkətlərin sayı artıb - Aeroportun direktoru
Bakı indi Avropa və Asiya şəhərlərinə büdcəli səyahət etmək üçün daha çox imkanlar təklif edir. Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən xarici aşağıbüdcəli aviaşirkətlərin sayı 15-ə çatıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Marja-az-a daxil olmuş məlumata görə, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.
T.Həsənov qeyd edib ki, büdcəli səyahət edənlərin ehtiyaclarını ödəmək üçün daha çox aviaşirkətin cəlb edilməsi istiqamətində işlər fəal şəkildə davam etdirilir.
2023-cü ilin birinci yarısında Bakı hava limanına uçuşlar həyata keçirən aviaşirkətlərin sırasına “RedWings”, “WizzAir Malta”, “Flyadeal” və “Air Cairo” əlavə olunub. Bu gün Bakıdan Ankara, İstanbul, İzmir, Dubay, Şarja, Dammam, Ciddə, Ər-Riyad, Əbu-Dabi, Aktau, Tel-Əviv, Budapeşt, Roma və s. kimi müxtəlif şəhərlərə aşağıbüdcəli aviaşirkətlərlə səyahət etmək mümkündür.
“Bu məlumatlar yeni aviaşirkətlərin cəlb edilməsi və sərnişinlər üçün imkanların genişləndirilməsi istiqamətində gedən davamlı fəaliyyətimizi təsdiqləyir. 2019-cu ildən etibarən xarici aşağıbüdcəli aviaşirkətləri seçən sərnişinlərin sayı 29%-ə yüksəlib. Biz bundan sonra da büdcəli səyahətlər üçün yeni perspektivlər açmağa və Bakını daha da əlçatan və cəlbedici turizm məkanına çevirməyə davam edəcəyik” – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru vurğulayıb.
Ölkəmizin regional hava limanlarını xarici aviaşirkətlərə baza aeroportu kimi təqdim etməyə hazır olduğunu bildirən Teymur Həsənov qeyd edib ki, bu aeroportların imkanlarından istifadə edilməsi istiqamətində addımlar atılır, bu da Azərbaycana/Azərbaycandan yeni istiqamətlərin açılmasına töhfə verir.
Azərbaycanın beynəlxalq hava limanlarına yeni aviadaşıyıcıların cəlb edilməsi ölkədə beşinci və yeddinci qrup hava azadlığının fəaliyyəti çərçivəsində baş verir. Bu qruplar xarici aviadaşıyıcılara Azərbaycan aviaşirkətləri ilə bərabər hüquqlar və Azərbaycan hava limanları vasitəsilə tranzit reyslər həyata keçirmək imkanı təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
15 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
-
- 44 d. əvvəl
- 47 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib



























