Çin avtomobil istehsalçıları Rusiya bazarının 52%-ni tutub
Çin avtomobil istehsalçıları Rusiya bazarının 52%-ni tutub.
Marja.az xəbər verir ki, bu barədə "Avtostat" analitik agentliyinin məlumat yayıb.
Onların payı iyun ayı ilə müqayisədə iyulda 3 faiz bəndi artıb. 2022-ci ilin iyul ayı ilə müqayisədə Çin brendlərinin payı 28 faiz bəndi artıb.
Satışların həcminə görə Chery lider olaraq qalır (iyul ayında 10 min 735 avtomobil satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə və iyun ayı ilə müqayisədə 6,5% çoxdur). İkinci yeri Geely (8 min 785 avtomobil, keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə və iyun ayı ilə müqayisədə 27,3% çoxdur) tutub. İlk üçlüyü “Haval” qapayır (8 min 548 ədəd, bu, keçən illə müqayisədə dörd dəfə və 2023-cü ilin iyun ayı ilə müqayisədə 3,3% çoxdur).
Eyni zamanda, Rusiya avtomobil istehsalçılarının payı azalıb. Əgər 2023-cü ilin iyun ayında yerli brendlər Rusiya avtomobil bazarının 32%-nə nəzarət edirdisə, indi cəmi 31%-dir. Buna baxmayaraq, ötən ilin iyul ayı ilə müqayisədə rus brendləri öz paylarını 7% bəndi (24-dən 31%-ə) artırıblar.
Bundan əvvəl 2023-cü ilin iyul ayında Rusiyada 95 min 654 ədəd yeni avtomobilin satıldığını bildirmişdi. Bu, 2022-ci ilin iyul ayı ilə müqayisədə 168,8%, 2023-cü ilin iyun ayı ilə müqayisədə isə 16,1% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
4 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artığını açıqladı - MƏBLƏĞ
-
- 32 d. əvvəl
- 36 d. əvvəl
- 40 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib




























