"Kubinkada" köhnə evlər sökülür, yerində binalar tikiləcək - 15 BLOKLU 11 BİNA
Yasamalın "Kubinka" adlanan ərazisinin Cəlil Məmmədquluzadə və Zivər bəy Əhmədbəyov küçələrində yaşı 200-dən çox olan köhnə, uçuq, təhlükəli binalar sökülür.
Tezliklə yaşamaq üçün yararsız, istismar müddəti bitən bu binalar yeniləri ilə əvəz olunacaq. Yeni tikililər modern və tam təhlükəsiz hündürmərtəbəli binalar olacaq. Yeni kompleksin tikinti işlərini həyata keçirən “RR Constructions” şirkəti ilə sakinlərin böyük əksəriyyəti arasında artıq müqavilə də imzalanıb. Müqaviləyə uyğun olaraq sakinlər hazırkı yaşayış yerlərini kirayə mənzillərə dəyişiblər.
Sakinlər bu köhnə, yararsız binaların sökülməsini çoxdan gözlədiklərini deyirlər.
“RR Constructions” şirkətinin hüquqşünası Qulam İsmayılzadə deyib ki, “RR Constructions” köhnə tikililəri sökərək yerində müasir tələblərə uyğun binalar ucaldır: “Ərazidə 15 bloklu 11 bina inşa ediləcək. Premium klass mənzillərin olması nəzərdə tutulub. Binalar 3 liftlə təmin olunacaq. Bundan başqa, ərazidə 2500 ağacın əkilməsi də nəzərdə tutulub. Həmçinin, park, idman meydançaları və uşaqlar üçün əyləncə meydançaları olacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
4 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artığını açıqladı - MƏBLƏĞ
-
- 32 d. əvvəl
- 36 d. əvvəl
- 40 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib





























