Dövlət şirkəti ləğv edilib
“Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilibAzərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğvi, bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə özəl sektorun cəlb edilməsi və “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilib.
Marja xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmanda dəyişikliklər bərpa olunan enerji sahəsində islahatların dərinləşdirilməsi, idarəetmə strukturunun qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, sahəyə özəl investisiyaların cəlb edilməsi və rəqabət mühitinin formalaşdırılması yolu ilə bərpa olunan enerji mənbələrindən enerji istehsalının səmərəliliyinin və həcminin artırılmasına əlverişli şərait yaradılması məqsədi daşıyır.
XXX
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğvi, bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə özəl sektorun cəlb edilməsi və “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bərpa olunan enerji sahəsində islahatların dərinləşdirilməsi, idarəetmə strukturunun qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, sahəyə özəl investisiyaların cəlb edilməsi və rəqabət mühitinin formalaşdırılması yolu ilə bərpa olunan enerji mənbələrindən enerji istehsalının səmərəliliyinin və həcminin artırılmasına əlverişli şərait yaradılması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Azalternativenerji” MMC) ləğv edilsin.
2. “Azalternativenerji” MMC-nin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq kreditorlarla hesablaşmalar aparılmaqla ləğv edilməsi prosesi başa çatdıqdan sonra, qalan əmlakı özəlləşdirməyə açıq elan edilsin.
3. Müəyyən edilsin ki, bu Fərmanın 2-ci hissəsi ilə özəlləşdirməyə açıq elan edilən əmlakın:
3.1. özəlləşdirilməsi üsulları barədə qərarlar, onların xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir;
3.2. özəlləşdirilməsində yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə verilir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 464 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin üçüncü şəxslər qarşısında öhdəliklərinin icrasının təmin edilməsi ilə bağlı zəruri tədbirlər görsün;
4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmanın 2-ci hissəsi ilə özəlləşdirməyə açıq elan edilmiş əmlakın:
5.1. özəlləşdirilməsini Dövlət Proqramına uyğun olaraq həyata keçirsin;
5.2. investorlar üçün cəlbediciliyinin artırılması məqsədilə məsləhətçi və qiymətləndirici şirkətlər cəlb etməklə, özəlləşdirilməsinin daha səmərəli şəkildə həyata keçirilməsi üçün zəruri tədbirlər görsün;
5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Energetika Nazirliyi bu Fərmanın 2-ci hissəsi ilə özəlləşdirməyə açıq elan edilmiş əmlak Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təhvil verilənədək:
6.1. həmin əmlakın idarə olunmasını və qorunub saxlanılmasını təmin etsin;
6.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə həmin əmlakın idarə olunması və qorunub saxlanılması üçün zəruri maliyyə vəsaitinin ayrılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
6.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
7. “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 104, № 10, maddə 1159; 2014, № 10, maddə 1205; 2020, № 5, maddə 545, № 9, maddə 1148) 7-ci hissəsi ləğv edilsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
14 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN













.jpg)







