AZAL uçuşa onlayn qeydiyyatdan keçmə müddətini 24 saat artırdı
AZAL sərnişinləri üçün onlayn qeydiyyat imkanlarını genişləndirirAzərbaycanın milli aviadaşıyıcısı (AZAL) onlayn qeydiyyatdan keçmə müddətini artırıb. İndi sərnişinlər əvvəlki 24 saat əvəzinə, uçuşa 48 saat qalmış qeydiyyatdan keçə bilərlər.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, AZAL öz sərnişinlərinə əlavə üstünlüklər təqdim etməyə və onların səyahət təcrübəsini yaxşılaşdırmağa çalışır.
Onlayn qeydiyyat vaxtının 48 saata qədər uzadılması sərnişinlərə daha çox rahatlıq və çeviklik təmin edəcək. Bu xidmət onlara səyahətlərini daha diqqətlə planlaşdırmağa kömək edəcək.
Onlayn qeydiyyat sərnişinlərə əvvəlcədən təyyarənin göyərtəsində oturacaq seçməyə və hava limanında qeydiyyat üçün növbələrdən yayınmağa, bununla da vaxta qənaət etməyə imkan verən rahat xidmətdir.
Onlayn qeydiyyatdan keçmək üçün sərnişinlər aviaşirkətin www.azal.az rəsmi saytına daxil olmalıdırlar.
Qeyd edək ki, indiyədək uçuşa onlayn qeydiyyat yola düşmə vaxtına 24 saat qalmış aktivləşirdi, uçuşa 60 dəqiqə qalmış bağlanırdı. Hava limanında qeydiyyat və baqajın qəbulu isə uçuşa 60 dəqıqə qalmış bitir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
4 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artığını açıqladı - MƏBLƏĞ
-
- 32 d. əvvəl
- 36 d. əvvəl
- 40 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib


























