Bakıda göz qamaşdıran və qabaqcıl yeni smartfon təqdim edildi - QİYMƏTLƏR
10 avqust 2023-cü il tarixində Bakıda "Elektra Events Hal"da Honor 90 smartfonunun rəsmi təqdimatı keçirilib.
Marja.az xəbər verir ki, təqdimat musiqli şəkildə keçirilib. Tədbirin qonaqları smartfonu dəyərləndirməklə yanaşı, ulduzların canlı ifasını dinləyib və əyləniblər.
Çin şirkətinin Honor 90 smartfonu təkcə müasir və cəlbedici dizayna deyil, həm də qabaqcıl texnologiyaya malikdir.
Honor 90 smartfonu 200 meqapiksellik əsas kamerası ilə diqqəti çəkir. Smartfonda12MP ultra geniş bucaqlı obyektiv və 2MP dərinlik sensoru yer alır. Cihaz həmçinin yüksək keyfiyyətli selfilər üçün 50MP ön kameraya malikdir. USB Type-C 2.0 portu vasitəsilə 66 Vata (66W) qədər sürətli enerjidoldurmanı dəstəkləyən 5000 mAh batareyaya malikdir. Smartfonun təhlükəsizliyi ekranın altındakı barmaq izi skaneri ilə təmin edilir.
Honor 90 smartfonu 2664x1200 piksel təsvir ölçülü 6,7 düymlük 10 bitlik Quad Curved AMOLED displeylə təchiz edilib. 120Hz yeniləmə sürəti, 435ppi piksel sıxlığı, təsirli 1600nit parlaqlıq və sənayedə ilk 3840Hz PWM qaralması (parlaqlığı tənzimləmək üsulu) ekranın əsas xüsusiyyətlərindən bəziləridir.
Cihazın yüksək versiyası Snapdragon 7 Gen 1 prosessorundan daha sürətli olan Snapdragon 7 Gen 1 Accelerated Edition ilə təmin edilir. Optimal performans və həddindən artıq qızmanın qarşısını almaq üçün 4483 mm2 Buxar Kamerası Soyutma texnologiyası istifadə olunur.
Honor 90 smartfonunun qiyməti "İrşad"mağazalarında 579.99 manatdan başlayır. Bu qiymətə smartfonun Honor 90 Lite 256 GB versiyasını əldə etmək olar. Honor 90 256 GB versiyası 1049.99 manata, Honor 90 512 GB versiyası isə 1249.99 manata təklif olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)



