Rusiyanın neft və qaz gəlirləri azalıb
Beynəlxalq Enerji Agentliyinin (IEA) yeni hesabatına əsasən, iyulda Rusiyadan neft və neft məhsullarının ixracı gündəlik 7,3 milyon barel (b/d) səviyyəsində qalıb.
Marja.az xəbər verir ki, Rusiyanın yanacaq ixracından əldə etdiyi gəlir son bir ayda 2,5 milyard dollar artaraq 15,3 milyard dollara çatıb.
BEA-nın məlumatına görə, neftin qiymətinin yüksəlməsi və endirimlərin azalması Rusiyanın ixrac gəlirlərini 15,3 milyard dollara çatdırıb. BEA qeyd edir ki, bu, ötən ilin iyul ayı səviyyəsindən 4,1 milyard dollar aşağıdır.
BEA ekspertlərinin məlumatına görə, iyulda Rusiyada neft hasilatı gündəlik 50 min barel azalaraq 9,4 milyon barelə düşüb, ixrac azalıb və emal isə artıb. “Bu, o deməkdir ki, Moskva gündəlik 500 min barel könüllü azaldılmasını yerinə yetirib”, - hesabatda deyilir.
Çinə neft ixracı son bir ayda 200 min barel, Hindistan üçün isə 100 min barel azalıb.
Hesabatda deyilir ki, Şərqi Avropaya tədarüklər gündəlik 40 min barel artaraq 420 min barelə yüksəlib, Türkiyəyə isə əksinə, 45 min barel azalaraq 150 min barelə düşüb.
IEA 2023-cü ildə neftə tələbatın gündəlik 2,2 milyon barel artacağını proqnozlaşdırır. Mütləq hesablasaq, bu il qlobal neft tələbatı gündəlik 102,12 milyon barrelə çata bilər. Ekspertlərin fikrincə, tələb artımının 70%-dən çoxu Çindən gələcək. Bununla belə, 2024-cü ildə artım tempi gündəlik 1 milyon barelə qədər azalacaq.
İyulda Rusiya neftinin ixracının həcmi son 7 ayda ən aşağı səviyyəyə düşüb. Əsas səbəb ilk dəfə fevral ayında elan edilən hasilatın azalması olub.
İyunun 4-də Rusiya baş nazirinin müavini Aleksandr Novak bəyan edib ki, Rusiya neft hasilatını könüllü olaraq azaltmağı (gündə 500 min barel) 2024-cü ilin dekabr ayının sonuna qədər uzadacaq. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-iyul aylarında neft və qaz gəlirləri illik müqayisədə 41,4% azalaraq 4,19 trilyon rubla düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
41 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
42 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib















.jpg)










