Pakistanın İKT üzrə aparıcı şirkətlər qrupunun nümayəndə heyəti Azərbaycana səfər edib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Pakistanın İKT üzrə aparıcı şirkətlər qrupu olan “9D Technologies”in nümayəndə heyəti Azərbaycana rəsmi səfər edib.
Qrupun ölkəmizə səfərinin əsas məqsədi texnopark rezidentliyi çərçivəsində nüfuzlu İKT şirkətlərinin ölkəmizə marağını nümayiş etdirən səfərin məqsədi ikitərəfli əməkdaşlığın genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqidir. Səfər çərçivəsində Pakistan şirkəti bir sıra dövlət qurumlarının rəhbərləri və nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.
İlk görüş İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində baş tutub.
Şirkəti təmsil edən heyət ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva, sədrin müşaviri Şahin Əliyev, beynəlxalq biznesin inkişafı üzrə rəhbər Loukas Tzitzis və innovasiya üzrə rəhbər İqor Ovçarenko arasında görüş baş tutub.
Sədr əvəzi İnarə Vəliyeva pakistanlı heyətə Azərbaycanda İKT-nin ümumi inkişaf mənzərəsi, xüsusilə də qlobal İKT şirkətlərinə təqdim olunan texnopark rezidentliyi və bu rezidentliyin gətirdiyi imtiyazlar, vergi güzəştləri barədə məlumat verib. Görüşdə, həmçinin Azərbaycanda elektron hökumət və startap ekosisteminin əldə etdiyi nailiyyətlər pakistanlı qonaqların diqqətinə çatdırılıb.
“9D Technologies” şirkətinin baş direktoru Abdul Salam Azərbaycanın innovasiya və rəqəmsallaşma sahəsində əldə etdyi uğurları yüksək qiymətləndirib və bunun beynəlxalq əməkdaşlıq üçün önəmli faktor olduğunu vurğulayıb.
Görüşün nəticəsi olaraq Pakistan heyəti ilə İKT sahəsində əməkdaşlığın genişləndirilməsi və rəqəmsallaşma aspektində təcrübə mübadiləsinə dair olduqca əhatəli fikir mübadiləsi aparılıb, gələcək layihələrin reallaşdırılması üçün görüləcək işlərin yol xəritəsi müzakirə edilib.
Səfər çərçivəsində növbəti görüş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Fərid Əhmədov ilə baş tutub. Görüş zamanı nazir müavini “9D Technologies” şirkətlər qrupunun nümayəndələrinin Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək ölkəmizdə İKT sektorunun inkişafı istiqamətində görülən işlər haqqında məlumat verib. Fərid Əhmədov İKT sahəsi üzrə potensialın artırılmasında beynəlxalq əlaqələrin önəmini vurğulayıb.
Səfər ərzində görüşlərini davam etdirən pakistanlı heyətin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Dövlət Məşğulluq Agentliyi ilə də görüşləri baş tutub. Müvafiq qurumlarla ikitərəfli görüşlər zamanı əməkdaşlıq və tərəfdaşlıq imkanları müzakirə edilib.
“9D Technologies” şirkətinin nümayəndələri Azərbaycanda yerli kadrların işlə təmin edilməsində maraqlı olduqlarını ifadə ediblər.
Bununla yanaşı, “Azercell” və “AzInTelecom”la baş tutan görüşlərdə tərəflər arasında potensial əməkdaşlıq perspektivləri ilə bağlı geniş dialoq baş tutub.
Qeyd edək ki, “9D Technologies” şirkətinin qlobal və yerli İKT şirkətlərinə vergi güzəştləri və imtiyazlar təqdim edən texnopark rezidentliyi çərçivəsində Azərbaycana səfəri 12 avqust tarixində yekunlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 42 d. əvvəl
-
- 56 d. əvvəl
-
1 saat əvvəl
“Azexport” portalı 2026-cı il üçün ilk ixrac sifarişini ABŞ-nin Kaliforniya ştatından aldı
-
1 saat əvvəl
ABŞ-ın neft şirkətləri Trampın Venesuelaya müdaxiləsindən sonra dəyər qazanıblar
-
1 saat əvvəl
2026-cı ildə büdcə təşkilatlarının ödənişli xidmətlərindən 1 milyard manatdan çox gəlir gözlənilir
-
3 saat əvvəl
Növbəti tədris ilində dövlət sifarişi ilə təhsilalanların sayı artırılacaq
- 3 saat əvvəl
-
3 saat əvvəl
Makroiqtisadi sabitlik ABŞ dolları/Manat məzənəsinin 1,70 manatda qalması ilə dəstəklənəcək
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Xiaomi" Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib
Dövlətin 25 milyard 273 milyon manat borcu olduğu açıqlandı
Makroiqtisadi sabitlik ABŞ dolları/Manat məzənəsinin 1,70 manatda qalması ilə dəstəklənəcək
Yanvarın 6-da gözlənilən hava şəraiti
"Xiaomi" Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib
Tramp: Ukraynanın Putinin iqamətgahına hücum etdiyinə inanmıram
Tramp: İran etirazçıları öldürərsə, ABŞ sərt zərbə endirəcək
Qızıl və gümüş, investorların geosiyasi risklərdən qorunmaq üçün qiymətli metallara yönəlməsi fonunda bahalaşıb
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"

























