Azərbaycan Körfəz ölkələrinə ixrac üçün memorandum imzaladı
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi ofisində Bəhreyn Krallığının “Riyada Group” holdinqinə daxil olan “Riyada Consulting” şirkəti ilə strateji tərəfdaşlığın yaradılmasına dair anlaşma memorandumu imzalanıb. Sənədi Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Əbülfət Qocayev, qarşı tərəfdən isə Sergey Tsvetkov imzalayıblar.
ASC-dən "Marja"ya daxil olmuş məlumata görə, tərəflər Azərbaycanın kənd təsərrüfatı məhsullarının Körfəz ölkələrinə ixracı, alternativ bazarların araşdırılması və ölkəmizin aqrar sektoruna xarici investisiyaların cəlb edilməsi istiqamətində əməkdaşlıq edəcəklər.
Körfəz ölkələrinin bazarlarında Azərbaycan məhsullarına təlabat böyük olduğu üçün “Riyada Consulting” şirkəti qarşılıqlı razılaşma əsasında yeni müştərilərin tapılması üçün məsləhət xidmətləri göstərəcək.
İmzalanmış sənədlə Səhmdar Cəmiyyət xarici bazarların təlabatına uyğun məhsulların tədarük olunmasını, qarşı tərəf isə müəyyən olunmuş ərazilərdə satışının idarəedilməsinə məsuliyyət daşıyacaq.
Əməkdaşlığın həyata keçirilməsi üçün işçi qrupu yaradılıb. Qrupa Səhmdar Cəmiyyət tərəfindən İdarə Heyətinin sədr müavini Elşən Əsədov, Bəhreyn tərəfdən isə Sergey Tsvetkov rəhbərlik edəcək.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Azərbaycan məhsullarının Körfəz ölkələrinə ixracı istiqamətində ardıcıl işlər aparır. Bir müddət əvvəl Səhmdar Cəmiyyətin nümayəndə heyəti Bəhreyn Krallığı və Birləşmiş Ərəb Əmirliyinə səfər edərək bir sıra holdinq və satış şəbəkələrinin rəhbərləri ilə müzakirələr aparıb. Nümayəndə heyəti “Mumtalakat” Holdinq prezidenti Mahmud Alkhocayi, “Arcapita” İnvestisiya Fondunun baş icraçı direktoru Atif Əbdülmalik, “Bəhreyn İqtisadi İnkişaf Şurası”nın icraçı direktoru Simon Qalpin, Bəhreyn Kral ailəsinin üzvü, “Riyada Şirkətlər Qrupu”nun prezidenti xanım Şeyxa Dheya Bin İbrahim Əl Xəlifə ilə işgüzar görüşlər keçirib, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin kənd təsərrüfatı potensialı haqda geniş təqdimatlarla çıxış edib.
Müzakirələrin davamı olaraq “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin təşkilatçılığı ilə Bəhreyn şirkətləri üçün Azərbaycan məhsullarının sərgisi təşkil olunub, sərgidə iştirak etmiş “Meyvəli”, “Balxurma”,” Gilan”, “Azərsun”, “Ballı”, “Veysəloğlu”, “Milla”, “AzQranata”, “GlobalFoodService”, “ AhmedTodor”, “AstaraÇay”, “Qoç Ət” və “Tovuz-Baltiya” şirkətlərinin məhsulları bəhrenyli iş adamları tərəfindən həm görünüşünə, həm də dadına görə yüksək qiymətləndirilmişdi.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin nümayəndələri Bəhreyn Krallığının paytaxtı Manama şəhərinin market şəbəkələrində ərzaq məhsullarının keyfiyyət və daxili bazar qiymətlərini araşdırıblar. “Carrefur” və digər satış şəbəkəsində aparılan araşdırmalar nəticəsində məlum olub ki, daxili bazarda meyvə və tərəvəz, habelə digər ərzaq məhsullarının qiyməti Azərbaycanla müqayisədə dəfələrlə baha olması ilə bərabər keyfiyyət baxımından da qənaətbəxş deyildir. Bu məqsədlə də, Azərbaycan Respublikasından kənd təsərrüfatı məhsullarının ixracı üçün kənd təsərrüfatı məhsullarının ixracı üçün əlverişli imkanlar mövcuddur.
Logistika imkanları formalaşarsa Bəhreyn bazarlarında Azərbaycan məhsulları yüksək qiymətə satıla və tez bir zamanda keyfiyyət göstəricilərinə görə bazarda güclü mövqe tuta bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























