“Merano-Baku” şirkətinə əlavə maya qoyulur
Qida məhsulların idxalını və satışını həyata keçirən “Merano-Baku” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 100 min manat artırılır.
Marja.az xəbər verir ki, Şirkətin hər birinin nominal dəyəri 10 000 (on min) manat olan 10 (on ədəd) ədəd adi, adlı, sənədsiz səhmləri qeydiyyata alınıb.
Əgər “Merano-Baku” ASC-nin səhmlərinin Bakı Fond Birjasında yerləşdirilməsi uğurla yekunlaşarsa şirkətin nizamnamə kapitalı 2 dəfə artaraq 100 min manatdan 200 min manata yüksələcək.
Səhmlərin yerləşdirilməsi kütləvi təklif üsulu ilə, “Merano-Baku” ASC-nin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC tərəfindən Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.
“Merano-Baku” ASC-nin səhmlərinin 100%-i Əsgərov Namiq Xanış oğluna məxsusdur.
“Merano-Baku” ASC-nin xalis mənfəəti 2020-ci ildə 399 min 735 manat, 2021-ci ildə 1 milyon 822 min 307 manat, 2022-ci ildə isə 3 milyon 29 min 190 manat təşkil edib.
Ümumilikdə 25 kateqoriya üzrə 480 çeşiddən çox məhsulun satışını təşkil edən “Merano-Baku” şirkəti, Amerika, Almaniya, İtaliya, İspaniya, Çexiya, Macarıstan,Rusiya, Türkiyə, BƏƏ, Polşa, Belçika, Belarusiya, Hindistan, Danimarka, Niderland, Fransa, Finlandiya, Yaponiya, Çin, Sinqapur, Tailand və.s kimi inkişaf etmiş ölkələrdən məhsulların idxalını təmin edir. Şirkət əsasən un məmulatları, makaron çeşidləri, qida əlavələri, müxtəlif növ yağ növləri,konservləşdirilmiş məhsullar, müxtəlif növ pendirlər, balıq məhsulları idxal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)




