Keramika xammalı, qum - çınqıl və əhəngdaşı yataqları hərraca çıxarılacaq
19 faydalı qazıntı yatağı hərraca çıxarılacaqİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən sentyabrın 27-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda hər biri 1 lot üzrə Daşkəsən rayonu “Çovdar” keramika xammalı, Tovuz rayonu “Aşağı Zəyəmçay” qum-çınqıl yatağı, Şəmkir rayonu “Aşağı Zəyəmçay” qum-çınqıl yatağı, Siyəzən rayonu “Gilgilçay III” qum-çınqıl yatağı, Şəki rayonu “Qaşqaçay” qum-çınqıl yatağı, Qaradağ rayonu “Şahqaya” əhəngdaşı yatağı, Tərtər rayonu “Söylən” qum-çınqıl yatağı, İsmayıllı rayonu “Bilistan II” qum-çınqıl yatağı, Qəbələ rayonu “Türyançay III” qum-çınqıl yatağı, Qəbələ rayonu “Xırxatala” qum-çınqıl yatağı, Qaradağ rayonu “Şonqar” qum-çınqıl yatağı, 8 lot üzrə Ağstafa rayonu “Yuxarı Salahlı” qum-çınqıl yatağı, 3 lot üzrə İmişli rayonu “İmişli” qum-çınqıl yatağı, 7 lot üzrə İmişli rayonu “Bəhrəmtəpə I” qum-çınqıl yatağı, 3 lot üzrə İmişli rayonu “Bəhrəmtəpə II” qum-çınqıl yatağı, 4 lot üzrə Şabran rayonu “Gilgilçayın cənub-qərb cinahı” qum-çınqıl yatağı 2 lot üzrə Siyəzən rayonu “Gilgilçayın cənub-qərb cinahı” qum-çınqıl yatağı, 5 lot üzrə Qax rayonu “Kürmükçay” qum-çınqıl yatağı, 6 lot üzrə Zaqatala rayonu “Qaraçay I” qum-çınqıl yatağı satışa çıxarılacaq. Başlanğıc qiyməti 3000 - 118382 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Istiqlaliyyət, 31 ünvanına təqdim etməlidirlər. Tələb olunan sənədlərin siyahısı ilə Agentliyin rəsmi internet səhifəsində “Hərraclar” bölməsində tanış ola bilərsiniz ( www.meda.gov.az)
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44
Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.
Hərraclar və digər yeniliklər haqqında son xəbərləri agentliyin sosial şəbəkədə mövcud səhifələrindən də əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)








