Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi 19 gənc universitetə qəbul oldu
Şirkətlər Qrupu indiyə qədər 76 gəncin ali təhsil almasına şans qazandırıb(®) Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi ilə əməkdaşlığını davam etdirərək bu il 19 gəncin ali təhsil müəssisələrinə qəbul olması üçün dəstək göstərib.
VŞQ 2022-2023-cü tədris ili üçün layihənin Kürdəmir və Hacıqabuldan olan 20 gəncin ali məktəbə hazırlığına dəstək olub. Nəticə etibarilə şagirdlərdən 19-u tələbə adına layiq görülüb. Onlardan bir çoxu Bakının müxtəlif universitetlərində dövlət sifarişli əsaslarla təhsilini davam etdirəcək.
Veysəloğlu Şirkətlər Qrupu artıq dörd dəfədir ki, bu layihənin sponsorudur və bu zaman ərzində 76 gəncin təhsil almasına şans qazandırıb.
“Gələcəyini Qur!” gənclərin inkişafına yönəlmiş bir layihədir. Layihə çərçivəsində Bakı və regionlarda yaşayan yüksək intellektual qabiliyyətli və ali məktəblərdə təhsil almaq arzusunda olan gənclərin biliklərinin artırılmasına və ali təhsilə yiyələnməsinə imkan yaradılır. Layihə iştirakçıları olan 11-ci sinif şagirdləri bir il ərzində əlavə dərslər və imtahanlarda iştirak edir, psixoloji dəstək alır və müxtəlif inkişafetdirici tədbirlərdən faydalanır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
19 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















