“Azərşəkər”in aqroparkında tədbir keçirilib
“Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında Cənubi Qafqazda ilk dəfə olaraq müasir suvarma texnologiyası olan mobil və ya hibrid suvarma sistemlərindən istifadəyə başlanılıb. Bu texnologiyanın tətbiqi su itkisinin qarşısının alınmasında və suya qənaət edilməsində mühüm rol oynayacaq.
Şəmkir rayonunda “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında “Ehtiyatlara qənaət edən müasir suvarma və əkinçilik texnologiyaları” mövzusunda tədbir keçirilib.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA), “Azərşəkər” MMC və “Gilan Pivot” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının əməkdaşları, fermerlər və KİV nümayəndələri iştirak ediblər.
İZİA-nın yaydığı məlumatda bildirilir ki, tədbir iştirakçılarına “Strip till” texnologiyasının tətbiqinin üstünlükləri, həmçinin ən son suvarma texnologiyası olan mobil və ya hibrid suvarma sistemlərinin üstünlükləri barədə məlumat verilib, bu texnologiya ilə əkilmiş və müasir suvarma texnologiyaları ilə becərilən qarğıdalı sahəsinə və “Mzuri” əkin texnikası ilə aparılan arpa səpini işlərinə baxış keçirilib.
Diqqətə çatdırılıb ki, “Mzuri”nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanılması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.
Qeyd edilibki, aqroparkın ümumi əkinə yararlı 4000 ha sahəsinin 1428.6 ha pivot, 17,2 ha sprinkler, 40 ha damlama olmaqla cəmi 1485.8 ha əkin aparılıb. Bu il aqroparkda 421.6 ha şəkər çuğunduru, 268 ha qarğıdalı, 55.7 ha soya, 341.6 ha arpa, 24,6 ha toxumluq xardal və 320 ha ərzaqlıq buğda əkinləri həyata keçirilib. Buğda üzrə orta məhsuldarlıq 5.4 ton olmaqla ümumilikdə 1732 ton, arpa üzrə orta məhsuldarlıq 5 ton olmaqla, ümumilikdə 1692 ton məhsul istehsal olunub. Soya üzrə məhsuldarlıq 2.1 ton olub.
Arpa biçinindən sonra 189 ha ərazidə təkrar qarğıdalı əkinləri aparılıb. Aqroparkda 71 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
18 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
16 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu



























