Bir ayda 1,7 milyon km yol qət edərək 14000 müştəriyə məhsul çatdıran logistika şirkəti!
Məhsulların təhlükəsiz, sağlam çatdırılması necə təmin edilir?(®) Qida təhlükəsizliyinin təmin edilməsində məhsulların daşınması və saxlanılması prosesinin düzgün qurulması əsas amillərdən biridir. Çünki tədarük zənciri istehsalat nöqtəsindən başlayıb mağaza rəfinə qədər olan böyük bir yoldur.
Ekspertlər də pandemiya dövründə ölkəmizdəki marketlərdə ərzaq qıtlığı baş verməməsini tədarük zəncirinin effektiv idarə olunmasında görür.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistics” məhsulların düzgün temperaturda, keyfiyyəti pozulmamış, soyuq zəncir prinsiplərinə əməl olunmaqla keyfiyyətli çatdırılmasını təmin etmək üçün investisiyalarını artırır. Logistika mərkəzi yollarda gedilən məsafəni azaltmaq üçün çox temperaturlu avtomobillərə sərmayə yatırır.
Şirkətdən verilən məlumata görə, hər gün 64000 km yol qət edilərək Azərbaycanın 4500 nöqtəsində müştərilərə mal çatdırılır.
Son bir ayda 1.7 milyon km yol qət edilib və 14000 fərqli müştəriyə mal çatdırılması həyata keçirilib.
Logistika Mərkəzi həftənin yeddi günü 24 saat olmaqla fəaliyyət göstərərək Bakı və regionlara vaxtında çatdırılmalar edir. Mərkəzin Mingəçevir, Salyanda anbarları, Xaçmaz, Qax, Gəncə, Şəmkir, Ağcabədi, Göyçay, Lənkəranda isə “X-dock” qəbul platformaları xidmət göstərir. Ötən ay ən çox mal çatdırılma Mingəçevir, Salyan və Şəmkirdəki mağazalara həyata keçirilib.
“AVT Logistics” məhsulun saxlanması, daşınması və çatdırılması zamanı “Qida təhlükəsizliyi və sanitar norma və qaydalar”a həssaslıqla yanaşır.
Qəbul edilən məhsullar keyfiyyətə nəzarət mütəxəssisləri tərəfindən müvafiq nəzarətlərdən keçdikdən sonra anbarın müvafiq bölmələrində FEFO (First Expire First Out) prinsipinə uyğun olaraq yerləşdirilir.
Logistika Mərkəzinə daxil olan məhsulların təhlükəsizliyi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) laboratoriyalarında yoxlanılır. Məhsullar AQTA-nın uyğunluq sertifikatından sonra müştərilərə təqdim edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
15 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
44 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
52 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir



















.jpg)





