Kapital Bank beynəlxalq layihənin tərəfdaşı olub
(®) Ölkənin birinci bankı Kapital Bank Azərbaycanda “A-hub Akselerasiya Proqramı”nın tərəfdaşı olub.
Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) dəstəyi ilə keçirilən layihənin açılış mərasimi baş tutub.
2021-ci ildən etibarən ICESCO-nun üzvü olan ölkələrdə keçirilən layihə innovativ inkişaf sahəsində təşəbbüslərin, biznes subyektlərinin dəstəklənməsi, gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilir.
Açılışda iştirak edən ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik və mədəniyyət nazirinin müavini Fərid Cəfərov layihənin məqsədini yüksək dəyərləndirərək proqram iştirakçılarına uğurlar arzuladılar. Kapital Bank-ın Marketinq İdarəsinin Birbank sahəsinin lideri Zakir Xanməmmadov çıxışında bu kimi təşəbbüslərin və startap layihələrin gənclərə yeni imkanlar yaratdığını və onlarda innovativ düşüncə tərzi formalaşdırdığını qeyd etdi. “Kapital Bank olaraq biz hər zaman motivasiyalı, təşəbbüskar və istedadlı gənclərə dəstək göstəririk. Məhz bu səbəbdən gənc nəslə maraqlı olan müxtəlif layihələrdə tərəfdaş kimi çıxış edirik. Əminəm ki, “A-hub” proqramı yerli startap ekosisteminin inkişafına böyük töhfə verəcək”.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
12 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























