Rusiya şirkətinin Azərbaycandakı BOKT-u illik 14%-lə 2 milyonluq istiqraz buraxır
"Kredaqro Bank Omayan Kredit Təşkilatı" MMC hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxır.
Marja.az xəbər Baza Emissiya Prospektinə istinadən xəbər verir ki, istiqraz buraxılışı yolu ilə 2 milyon manat cəlb edilməsi nəzərdə tutulur.
İstiqrazılar üzrə illik faiz dərəcəsi 14%, faiz ödəniş dövrünün müddəti 90 gündən biridir. Tədavül müddəti isə 24 aydır.
"Kredaqro BOKT" MMC-nin nizamnamə kapitalı 100% payla "Aqromostfinans" MMC-yə (Rusiya Federasiyası) məxsusdur.
Buraxılışın anderrayteri "Capital Partners İnvestisiya Şirkəti" QSC-dir.
İstiqrazların emissiyası aşağıda qeyd olunan buraxılışlarla həyata keçiriləcək:
1-ci buraxılış üzrə 500 000 (beş yüz min) manat həcmində, 24 ay, illik 14%;
2-ci buraxılış üzrə 500 000 (beş yüz min) manat həcmində, 24 ay, illik 14%;
3-cü buraxılış üzrə 500 000 (beş yüz min) manat həcmində, 24 ay, illik 14%;
4-cü buraxılış üzrə 500 000 (beş yüz min) manat həcmində, 24 ay, illik 14%
"KredAqro BOKT" MMC, 2000-ci ildə ABŞ–ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üçün yaradılmışdır. Onun əsası, ACDI/VOCA (Kənd Təsərrüfatının Kooperativ İnkişafı) ABŞ-ın qeyri-hökumət beynəlxalq inkişaf təşkilatı və Azərbaycan Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsinin içraçısı tərəfindən qoyulmuşdur. "KredAqro" bu layihə çərçivəsində, ABŞ –dan texniki yardım və 3 milyon dəyərində kredit kapitalı almışdır. 2008 –ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyi "KredAqro"nun təsisçisi olan ACDI/VOCA –ya "KredAqro"nun tam mülkiyyət hüququnu vermişdir. Təşkilat daşınar və daşınmaz əmlak təminatlı kreditlər verir. "KredAqro"nun Sumqayıtda, Qubada, Ağdaşda, Bərdədə, Gəncədə, Tovuzda, Qazaxda, Cəlilabadda, Masallıda, İsmayillıda və Zaqatalada 11 filialdan ibarət şəbəkəsi vardır. Hazırda “KREDAQRO” BOKT MMC-nin tək təsisçisi "Aqromostfinans" MMC-dir (Rusiya Federasiyası).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 16 d. əvvəl
-
16 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 32 d. əvvəl
- 32 d. əvvəl
- 35 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN















.jpg)






