Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edildi
O Dövlət Agentliyinə direktor müavini təyin edilib.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva vəzifəsindən azad edilib.
Bu barədə müvafiq əmr imzalanıb.
Daha bir əmrlə Mehriban Vəliyeva Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini vəzifəsinə təyin olunub.
Hələlik keçmiş idarə müdirinin yerinə təyinat olmayıb.
Digər bir məlumata görə, Mehriban Vəliyeva eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edəcək.
Qeyd edək ki, bu yaxınlarda nazirliyin keçmiş şöbə müdiri Eşqi Bağırov Agentliyin direktoru vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, Mehriban Vəliyeva müvafiq əmrlə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdi.
Vəliyeva Mehriban Hidayət qızı 1964-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. 1989-cu ildən pedaqoji fəaliyyətə başlayıb, Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və Akademik Zərifə Əliyeva adına liseydə işləyib. 2014-2020-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 27 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 31 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)












.jpg)
