"29 milyard dollar vergi borcunuz var"
Microsoft şirkəti, ABŞ Daxili Gəlir Xidmətindən (IRS) 28,9 milyard dollar əlavə vergi ödəməsi üçün bildiriş aldığını açıqlayıb.Microsoft, 2004-2013 vergi dövrü üçün IRS-dən bildiriş aldığını açıqlayıb.
Marja.az-ın məlumatına görə, Microsoft bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) açıqlama verib.
Açıqlamada bildirişin şirkətin mənfəətini müxtəlif ölkələr və bölgələr arasında necə bölüşdürdüyünü yoxlamaq üçün IRS ilə davam edən mübahisə ilə bağlı olduğu və bu çərçivədə IRS-in Microsoft-dan əlavə 28,9 milyard dollar vergi o cümlədən cərimələr və faizlər ödəməsini tələb etdiyi qeyd edilib.
Açıqlamada Microsoft-un IRS-in əlavə vergi tələbi ilə razılaşmadığı və lazım gəldikdə vəziyyətlə bağlı məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilib.
Açıqlamada Microsoft-un ABŞ-da və dünyada hər zaman IRS qaydalarına əməl etdiyi və vergilərini ödədiyi vurğulanıb və 2004-cü ildən bu yana ABŞ-a 67 milyard dollardan çox vergi ödəndiyi qeyd edilib.
Açıqlamada, şirkətin 30 sentyabr tarixinə gəlir vergisi ehtiyatlarının kifayət qədər olduğu vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















