İri özəl şirkətlərdə mühasibatlıq elektron olacaq, pullu dövlət qurumlarına güzəşt olunur
Azərbaycanda şirkətlər elektron mühasibatlığa hazır olmadığı halda onlara bununla bağlı tələblər qoyulur.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vüqar Bayramov Azərbaycanda elektron mühasibat uçotuna dair tələblərin sərtləşdirilməsinə münasibət bildirərkən qeyd edib.
Deputatın fikrincə, burada bir neçə məqama diqqət yetirilməlidir: "İri sahibkarlıq subyektlərinin mühasibatlığı elektron olacaq. Lakin burada elektron mühasibatlığın hansı anlama gəldiyi bəlli deyil. Onlar bu mühasibatlığı inteqrə olunmuş elektron formada tətbiq edəcəklər yoxsa kağız üzərində gördükləri işi sadəcə kompüterdə görəcəklər? Bu aydın deyil.
Vəsaitlərin böyük qismini dövlət qurumları xərcləyir. Biz isə iri sahibkarlar üçün mühasibatlığın elektron aparılmasını məcburi edirik, amma dövlət qurumları üçün etmirik. Halbuki dövlət qurumlarının xərcləri daha çoxdur. Biz bu məsələdə dövlət qurumlarına güzəşt təklif edirik, onların kağızla işləməyini qanunda saxlayırıq. Etiraf edək ki, Azərbaycanda iri sahibkarlıq subyektlərinin maliyyəsi dövlət qurumları ilə müqayisədə elə də böyük deyil. Əgər dövlət qurumları buna hazır deyilsə niyə iri sahibkarlığın hazır olduğunu düşünməliyik? Bu nə qədər doğrudur?".
İclasda çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov isə bildirib ki, mühasibat uçotunun elektron formada aparılması ilə bağlı “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişiklikdə büdcə təşkilatlarının adının olmaması Vergi Məcəlləsindən qaynaqlanır.
"Dəyişikliklərdə Vergi Məcəlləsinə istinad olunub deyə sırf təsərrüfat subyektlərini qeyd etmişik. Amma burada bu məsələ ilə bağlı tutulan iradlar haqlıdır. Millət vəkillərinin yekdil fikri varsa, sənədə büdcə təşkilatlarını, dövlət qurumlarını da əlavə edə bilərik. Bu məsələdə problem yoxdur. Qanuna bu müddəa salınsa, bunu yalnız dəstəkləyərəm", - deyə nazir müavini vurğulayıb.
A.Bayramovun fikrincə, bu sahədə könüllülük dövlət siyasətinə uyğun gəlmir: "Düzdür bir çox müəssisələr individual qaydada, könüllü olaraq mühasibatlıq uçotunu elektron qaydada aparır. Lakin bu məsələdə könüllülük dövlət siyasətinə uyğun gəlmir. Biz daha çox subyektin mühasibatlıq uçotunu elektron aparması üçün bu dəyişikliyin qəbulunu düşünürük".
Maliyyə bazarı üzrə ekspert Xalid Kərimlinin fikrincə, “Mühasibat uçotu haqqında” qanunda gözlənilən dəyişiklik biznesin maraqlarıına xidmət edəcək: "Mümkün dəyişikliklə tanış oldum. Ümumi mahiyyət odur ki, iri sahibkarlıq və müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi orta sahibkarlıq subyektləri mühasibat uçotunu mütləq şəkildə həyata keçirsin. Burada məqsəd yoxlamaların asanlaşmasına nail olmaqdır. Belə ki, həmin subyektlərə məxsus böyük məlumat bazası var. Sənəd əsasında onları yoxlamaq da əziyyətlidir. Amma proqram təminatı ilə yoxlama prosesi asan baş tutur. Həmçinin bu prosesdə mövcud kənarlaşmaları müəyyən etmək daha rahat olur. Təbii ki, iri sahibkarlıq subyektlərinin mərkəzləşdirilmiş informasiya sistemi olur. Amma tələb ondan ibarətdir ki, bütün sənədlər ilkin formada “Scan” edilərək sistemdə saxlanmalıdır. Bu isə yoxlamaların daha asan olmasına, tez başa çatmasına imkan verir".
Milli Məclisin dəyişdirmək istədiyi həm də Mülki Məcəllədir. X.Kərimli hesab edir ki, bu dəyişiklik bankların imkanlarını məhdudlaşdıracaq: “Azərbaycan banklarında hesab əməliyyatlarının müddətinin azaldılması da biznesin maraqlarına uyğun qərardır. Təklif olunan dəyişikliyə görə, bank pul gələn günü onu müştərinin hesabına oturtmağa məcburdur. Hazırda isə 1 gündən gec olmaması imkanı var. Banklar bir günü qənimət bilib müştərinin vəsaitini hesabına gec vura bilərdilər. İndi isə bu müddət ləğv edilir ki, vəsait dərhal hesaba köçsün və müştəri ondan tez istifadə etsin. Son nəticədə bankların həmin vəsaitlərdən 1 gün faizsiz istifadə imkanları məhdudlaşır”.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
4 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
-
4 saat əvvəl
Anthropic-in yeni süni intellekt plaginləri 300 milyard dollar itki yaratdı
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
-
6 saat əvvəl
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
-
6 saat əvvəl
“SmartCustoms” və “e.customs.gov.az”a daxil olma imkanları barədə yenilik
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Ən çox oxunanlar
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib
Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər
"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
Azərbaycan-Özbəkistan İşgüzar Şurası yaradılacaq
"Alagöz Holdinq" Azərbaycana sərmayə qoyuluşunda maraqlıdır























