"Xalq Bank"ın aktivləri 3 milyarda yaxınlaşıb, xalis mənfəəti 3 dəfəyə yaxın artıb
"Xalq Bank" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 53 milyon 736 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin 9 ayını 19 milyon 925 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Xalq Bank"ın xalis mənfəəti 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 33 milyon 811 min manat və ya 2,7 dəfə artıb. Xalis mənfəətin kəskin artması Bankın gəlirlərinin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Xalq Bank"ın faiz gəlirləri 35 milyon 367 min manat və ya 43,7 % artaraq 116 milyon 336 min manat təşkil edib.
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Xalq Bank"ın qeyri-faiz gəlirləri 6 milyon 6 min manat və ya 41,5 % artaraq 20 milyon 484 min manat olub.
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Xalq Bank"ın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 41 milyon 373 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 17 milyon 127 min manat artıb. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti də 24 milyon 246 min manat çox olub.
2023-cü ilin 9 ayında "Xalq Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 136 milyon 820 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 78 milyon 494 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 58 milyon 326 min manat təşkil edib. Mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 941 min manat da mənfəətə əlavə olunub. Bank 59 milyon 267 mənfəətindən 5 milyon 530 min manat manat mənfəət vergisi ödəyib. Beləliklə, "Xalq Bank"ın 2023-cü ilin 9 ayını 53 milyon 736 min manat manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin 9 ayında "Xalq Bank"ın əməliyyat mənfəəti 34 milyon 80 min manat təşkil etmiş, mənfəətdən ehtiyatlara 10 milyon 76 min manat ayrılmış və 4 milyon 79 min manat mənfəət vergisi ödənilmişdi.
AKTİVLƏRİ 3 MİLYARD MANATA YAXINLAŞIB
2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayının yekunu ilə müqayisədə "Xalq Bank"ın cəmi aktivləri 386 milyon 489 min manat və ya 14,9% artaraq 2 milyard 985 milyon 666 min manata çatıb. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 265 milyon 93 min manat və ya 16,9 % artaraq 1 milyard 837 milyon 175 min manata yüksəlib.
2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayının yekunu ilə müqayisədə "Xalq Bank"ın qiymətli kağızalara investisiyaları 3,1 dəfə artaraq 490 milyon 863 min manata çatıb.
BANKDA DEPOZİTLƏR ARTIB
2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayının yekunu ilə müqayisədə "Xalq Bank"da depozitlər 363 milyon 153 min manat və ya 20,4% artaraq 2 milyard 141 milyon 697 min manata qalxıb.
30 sentyabr 2023-cü il tarixində "Xalq Bank" 454 milyon 21 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
12 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
12 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
13 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!



















