"İşlər çox çətin olacaq”
Çində açıqlanan güclü iqtisadi artım məlumatlarına baxmayaraq, Yaxın Şərqdəki hadisələr bazarlara daha çox təsir etməkdə davam edir.
Marja xəbər verir ki, Asiyada birjaların əksəriyyəti mənfidir.
Wall Street indeksləri fyuçerslərdə düşməkdə davam edir. Neftin qiyməti qalxmağa başlayıb “Brent” markalı neftin barreli 2 faiz bahalaşaraq 92 dollara çatıb. Dünya bazarında qızıl 1 faizə yaxın baalaşaraq unsiyası 1936 dollara qalxıb.
Qeyd edək ki, Qəzzada xəstəxanaya edilən hücum nəticəsində yüzlərlə dinc fələstinli həyatını itirib. Qəzza rəsmiləri İsrailin hava hücumları nəticəsində azı 500 nəfərin öldüyünü bildirib. İsrail ordusu, xəstəxananın Qəzzada yerləşən İslami Cihad təşkilatının uğursuz raket hücumu nəticəsində vurulduğunu bildirib.
ABŞ Müdafiə Nazirliyi hücuma görə kimin məsuliyyət daşıdığı barədə hələlik məlumata malik olmadığını bildirib. İsrailin baş naziri Binyamin Netanyahu da İsrail təyyarələrinin xəstəxanaya hücum etmədiyini bildirib və İslami Cihadı günahlandırıb.
Bölgənin bir çox şəhərində İsrail əleyhinə etirazlar keçirilib. Hücumdan sonra İordaniya, ABŞ prezidenti Co Bayden ilə Misir və Fələstin liderlərinin Əmmanda görüşünün ləğv edildiyini açıqlayıb. İsrailə səfər edəcək Bayden, partlayışdan "qəzəbləndiyini və dərindən kədərləndiyini" ifadə edərək, "milli təhlükəsizlik qrupundan baş verənlərlə bağlı məlumat toplamağa davam etməsini" xahiş etdiyini bildirib.
Fələstin lideri Mahmud Abbas xəstəxanaya hücumdan sonra üç günlük matəm elan edib və hücum baş verməsəydi, Bayden və digər liderlərlə görüşəcəyi İordaniyanı tərk edərək İordan çayının qərb sahilinə qayıdıb.
Vaşinqtondakı Yaxın Şərq İnstitutunun baş elmi işçisi Randa Slim məsələni dəyərləndirərkən, bölgədəki hər kəsin çox əsəbi olduğunu bildirib və belə şərh edib: “Əgər Bayden İsrailə gələrsə və İsrailin özünü müdafiə etmək hüququna malik olduğu bəyanatını təkrar edərsə, işlər çox çətin olacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Ən çox oxunanlar
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib




















