"Muğanbank"ın yarım milyard borcu var idi - ƏHALİYƏ, MƏRKƏZİ BANKA VƏ DÖVLƏTƏ
"Muğanbank"ın Mərkəzi Bank və dövlət fondları qarşısında 168 milyon 434 min manatlıq öhdəlikləri olub.Lisenziyası ləğv olunmuş "Muğanbank"ın 30 Sentyabr 2023-cü il tarixində 500 milyon 892 min manat cəmi öhdəlikləri olub. Öhdəliklər bir müəssisənin kənar tərəflər qarşısında olan borclarını əks etdirir.
Marja.az-ın məlumatına görə, cəmi öhdəliklərin 322 milyon 478 min manatı cəmi depozitlər, o cümlədən 293 milyon 44 min manatı fiziki şəxslərin depozitləri, 29 milyon 434 min manatı hüquqi-şəxslərin (şirkətlərin) depozitləri olub. Mərkəzi Bank bəyan edib ki, 2023-cü ilin 3-cü rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manat təşkil edir.
Ötən ilin sonunda Bankın cəmi öhdəlikləri 706 milyon 158 min manat, o cümlədən cəmi depozitlər 491 milyon 756 min manat olmuşdu. Depozitlərin 394 milyon 655 min manatını fiziki şəxslərin depozitləri, 97 milyon 101 min mantı hüquqi şəxslərin depozitləri təşkil etmişdi.
30 Sentyabr 2023-cü il tarixində "Muğanbank"ın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 168 milyon 434 min manat təşkil edib.
"Muğanbank" 2023-cü ilin 9 ayının 1 milyon 287 min manat xalis zərər ilə başa vurub. 2023-cü ilin yanvar-sentyabr dövründə "Muğanbank"ın cəmi gəlirləri 52 milyon 469 min manat, cəmi xərcləri 52 milyon 771 min manat təşkil etmişdi (xərcləri gəlirlərini üstələmişdi). Eyni zamanda, bank mümkün zərərlər üçün yaradılan ehtiyatlara 985 min manat ayımışdı.
30 sentyabr 2023-cü il tarixində "Muğanbank" ASC 142 milyon 225 min manat məcmu kapitala malik olduğunu bəyan etmişdi. Mərkəzi Bank bu gün bildirib ki, "Muğanbank"ın məcmu kapitalının miqdarı banklar üçün müəyyən edilmiş minimum miqdardan (50 milyon manat) az olub.
30 Sentyabr 2023-cü il tarixində "Muğanbank" 647 milyon 971 min manat cəmi aktivlərə malik olub. Bank 2022-ci ilin sonunda 799 milyon 338 min manat cəmi aktivlərə malik idi.
30 Sentyabr 2023-cü il tarixində "Muğanbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 447 milyon 415 min manat olub.
"Muğanbank"ın istehlak kreditləri portfeli 2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayı ilə müqayisədə 3,5% artaraq 46 milyon 126 min manata, ipoteka kreditləri portfeli isə 22,5% artaraq 139 milyon 734 min manata yüksəlib.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.
Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə “Muğan Bank” ASC-yə müvəqqəti inzibatçının təyin olunması ilə əlaqədar “Muğan Bank” ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdir.
“Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. “Muğan Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.
Bildiririlib ki, “Muğan Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcəkdir. “Muğan Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcəkdir. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 mln. manat təşkil edir. Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 8 saat əvvəl
-
9 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
9 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
9 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
10 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!





















