Kapital Bank-ın dəstəyi ilə keçirilən “Heydər Əliyev: 100 Mühəndislik hakatonu”nun qalibləri bəlli oldu
Xəbər verdiyimiz kimi ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluğu ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Mühəndislik hakatonu keçirilib.
Ölkənin 21 ali təhsil müəssisəsinin tələbələri arasında baş tutan yarışmada 30 komanda 3 mövzu “Ekologiya və ətraf mühit”, “Nəqliyyat və logistika”, “Texnologiya və innovasiya” istiqamətləri üzrə verilən tapşırıqlara maraqlı həllər təklif ediblər.
Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan-Fransız Universitetində baş tutan intellektual yarışın qalibləri bəlli olub. Qaliblər Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusunda keçirilən tədbirdə elan olunub.
Nəqliyyat və logistika istiqaməti üzrə “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-2”, Ekologiya və ətraf mühit istiqaməti üzrə “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 3”, İnnovasiya və texnologiya istiqaməti üzrə “Bakı Ali Neft Məktəbi -1” komandaları mükafatlandırılıb. Qalib komandalara Kapital Bank tərəfindən təyin olunan 2500 AZN dəyərində mükafatı bankın Data menecment idarəsinin Data texnologiyaları ekspert mərkəzinin lideri Tural Həmzəyev təqdim edib.
Bundan başqa layihənin təşkilində dəstəyinə görə Kapital Bank təşəkkürnamə ilə təltif edilib. Təşəkkürnaməni İstedadların idarə edilməsi departamentinin lideri Aygün Musayevaya Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov təqdim edib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
6 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























