Veysəloğlu Şirkətlər Qrupundan “yaşıl” iqtisadiyyata sərmayə - 50 YENİ YÜK AVTOMOBİLİ
Veysəloğlu Şirkətlər Qrupu ölkənin dayanıqlı inkişaf məqsədlərinə töhfəsini artırmaq üçün ətraf mühitin mühafizəsinə nəzərəçarpan investisiya edib.
Marja.az xəbər verir ki, Qrupa daxil olan “AVT Logistics” şirkətinin istifadəyə buraxmağa hazırlaşdığı 50-dən artıq yeni çoxtemperaturlu yük avtomobili mərkəzi yollarda gedilən məsafəni azaldacaq.
Bu nəqliyyat vasitələrinə keçid aylıq qət edilən məsafəyə 128 min 741 kilometr qənaət edəcək. Şirkətlər qrupu buna müxtəlif temperaturlarda daşınma tələb edən ərzaq məhsullarını eyni avtomobildə daşımaq imkanı qazanmaqla nail olacaq.
Belə ki, şirkətlər qrupuna daxil olan “OBA”, “Araz” mağazaları, həmçinin “Veysəloğlu Distribusiya” müştərilərinin sifarişlərinin daşınması üçün bir nöqtəyə gün ərzində hərəkət edən maşınların sayı müvafiq olaraq, 3, 2 və 1 ədəd azalacaq.
Veysəloğlu Şirkətlər Qrupu bu yenilik nəticəsində atmosferə buraxılan karbon emissiyasını ayda 290 min kq, ildə isə 3,5 milyon kq azaltmağa müyəssər olacaq.
Logistika Mərkəzi dövriyyəsində olan 90 nəqliyyat vasitəsinin fəaliyyətini dayandırıb və yeni çox temperaturlu avtomobillərlə əvəz edilir.
Qeyd edək ki, “AVT Logistics” avtomobilləri hər gün 64 min kilometr yol qət edərək Azərbaycanın 4 min 500 nöqtəsində müştərilərə mal çatdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)





