Azərbaycan bazarına yeni təbii qəhvə markası təqdim edildi
“Veysəloğlu” “Jardin” markasını Azərbaycana gətirdiVeysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkəti Azərbaycan bazarına yeni təbii qəhvə markası təqdim edib.
Marja.az Qrupa istinadən xəbər verir ki, Efiopiya, Braziliya və Kolumbiyadan seçilmiş mono və müxtəlif qitələrdə yetişdirilən “Arabica” sortlarının mükəmməl qarışığı olan “Jardin” məhsulları bu aydan etibarən marketlərdə satışdadır.
“Jardin” Rusiyanın isti içkilər üzrə bazar liderlərindən olan “Orimi” Şirkətlər Qrupuna məxsusdur. “Orimi” qəhvə zavodu 2019-cu ildə istifadəyə verilib və FSSC 22000 beynəlxalq keyfiyyət standartına malikdir. Müəssisə dünyanın aparıcı şirkətlərinin ən son avadanlıqları və qabaqcıl texnologiyaları ilə təchiz edilib və 50-dən çox qəhvə çeşidi istehsal edir. “Jardin” markasının “Jardin Gold”, “Jardin Americano”, “Jardin Latte”, “Jardin Mocaccino” və digər qəhvə çeşidləri mövcuddur.
29 ildir ki, fəaliyyət göstərən “Veysəloğlu Distribusiya” Veysəloğlu Şirkətlər Qrupunun təməl şirkətidir. Dünyanın bir çox tanınmış markalarının təmsilçiliyini almış şirkət hazırda 3500-dən çox çeşiddə məhsulun ölkəmizdə distribusiyasını həyata keçirir. Şirkətin Bakıda yerləşən baş ofisindən başqa, Mingəçevir və Salyanda regional ofisləri, 2000-dən artıq əməkdaşı var.
“Veysəloğlu Distribusiya” “Orimi” ilə əməkdaşlığa 2016-cı ildə başlayıb. Əməkdaşlıq çərçivəsində “Tess”, “Greenfield”, “ШАХ”, “Принцесса Нури” və “Жемчужина Нила” çaylarının distribusiyası həyata keçirilir.
Ölkədə və regionda etibar qazanmış müasir şirkətlər qrupundan biri olan Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyəti pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edir. Qrup müştəri ehtiyacına ən yaxşı şəkildə cavab verməyi hədəfləyib və ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün dəyər yaradır. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsinin qaliblərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












.jpg)



