ABŞ Suriyadakı İran obyektlərinə zərbələr endirib
ABŞ qüvvələri Suriyada İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İranyönlü qrupların istifadə etdiyi iki obyektə hücum edib.
Marja xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Austin bildirib.
"Prezident Co Baydenin göstərişi ilə ABŞ qüvvələri Suriyanın qərbində SEPAH və əlaqəli qruplar tərəfindən istifadə edilən iki hədəfə özünümüdafiə zərbəsi endirib", - o deyib.
Ostinin sözlərinə görə, zərbələr Fələstin-İsrail münaqişəsi ilə bağlı deyil və Vaşinqtonun yanaşmasının dəyişməsi demək deyil. O, aydınlaşdırıb ki, zərbələr oktyabrın 17-də İraq və Suriyada amerikalı personala qarşı başlayan hücumlara cavabdır, nəticədə Pentaqonun müqaviləli bir əməkdaşı həlak olub, 21 əsgər yüngül yaralanıb.
"Birləşmiş Ştatlar münaqişə axtarmır və gələcək hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyil, lakin İranın dəstəklədiyi bu hücumlar dayandırılmalıdır",- Ostin bildirib.
O əlavə edib ki, Vaşinqton Tehranın iştirakını gizlətməyə imkan verməyəcək və özünü qorumaq üçün əlavə tədbirlər görməkdən çəkinməyəcək.
Reuters-in Pentaqondakı mənbəyə istinadən verdiyi məlumata görə, Amerika F-16 qırıcılarının Suriyadakı hücumlarının hədəfi silah və sursat anbarları olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
59 d. əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)






.jpg)






