KOBİA-ya müraciət etmiş 168 KOB subyektindən 60-ı tələblərə cavab verib
Yanvar-sentyabr aylarında 70-ə yaxın KOB subyekti satış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi mexanizmlərindən faydalanıbKOB subyektləri satış imkanlarının genişləndirilməsinə dəstək üçün KOBİA-nın təmin etdiyi sərgilərə və ticarət şəbəkələrinə çıxışa dəstək alətlərindən yararlana bilərlər.
2023-cü ilin yanvar-sentyabr aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən KOB-ların satış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi mexanizmlərindən 70-ə yaxın mikro, kiçik və orta sahibkarlıq subyekti yararlanıb.
Marja.az KOBİA-ya istinadə xəbər verir ki, sərgilərdə iştiraka dəstək mexanizmindən istifadə etmək üçün bu dövrdə Agentliyə KOB subyektlərindən 168 müraciət daxil olub. Onlardan müvafiq tələblərə cavab verən 60 KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 6 sərgidə (5-i ölkədə, 1-i xaricdə olmaqla) ödənişsiz iştirakı təmin edilib. Ölkəmizdə və xaricdə KOBİA-nın dəstəyi və təşkilatçılığı ilə keçirilən ixtisaslaşmış sərgi və yarmarkalarda iştirak edərək məhsul və xidmətlərini tanıtmaq və satış imkanlarını genişləndirmək istəyən KOB subyektləri müvafiq müraciət formasını doldurmaqla elektron qaydada KOBİA-ya müraciət edə bilərlər.
Cari ilin yanvar-sentyabr aylarında ticarət şəbəkələrinə çıxışa dövlət dəstəyi mexanizmindən faydalanmaq üçün Agentliyə daxil olan müraciətlər əsasında müvafiq qaydalara uyğun olan 8 KOB subyektinə dəstək göstərilib. Bu dövrdə ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi üzrə satış yerlərinin sayı 5-ə çatdırılıb. Mikro və kiçik sahibkarlıq subyektləri güzəştli şərtlərlə məhsullarının iri ticarət şəbəkələrində satışının təşkil olunması üçün KOBİA-ya müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)





