“Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilib
Gəncə şəhəri üzrə “Yaşıl şəhər” Tədbirlər Planının hazırlanması ilə bağlı yaradılmış İdarəedici qrupun iclası keçirilibAidiyyəti dövlət qurumlarının və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələrinin iştirakı ilə Gəncə şəhəri üzrə “Yaşıl şəhər” Tədbirlər Planının hazırlanması ilə bağlı yaradılmış İdarəedici qrupun növbəti iclası keçirilib.
Marja xəbər verir ki, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun sədrliyi ilə virtual formatda keçirilən növbəti iclasda “Yaşıl şəhər” Tədbirlər Planı üzrə görülmüş işlər, əldə olunmuş nəticələr, təklif olunan strateji yanaşmalar barədə müzakirələr aparılıb.
Qeyd edək ki, ötən ilin yayında Gəncə şəhəri Azərbaycanda ilk pilot şəhər olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Yaşıl Şəhərlər Proqramına qoşulmuşdur. Seçilmiş şəhər üçün “Yaşıl Şəhər Fəaliyyət Planı”nın hazırlanması bu Proqramın əsasını təşkil edir. Fəaliyyət Planının əsas məqsədi isə “yaşıl” gələcəyə keçidi dəstəkləmək üçün investisiya qoyuluşu və digər tədbirlər vasitəsilə şəhərin ekoloji məsələlərin həllinə kömək göstərilməsidir. Gəncədə “Yaşıl Şəhər Fəaliyyət Planı”nın hazırlanması prosesinə nəzarətin həyata keçirilməsi, koordinasiyanın təmin edilməsi üçün İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə İdarəedici qrup təşkil olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)







