İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatlara müraciət
Bu mənbələrlə çalışan mütəxəssislərin radiasiya mühafizəsi, təhlükəsizlik normaları və qaydaları üzrə ixtisaslarının artırılması üçün yalnız Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış tədris metodikasına malik fiziki və ya hüquqi şəxslərin xidmətlərindən istifadə olunmasını tövsiyə olunur.
Fövqəladə Hallar Nazirliyi (FHN) ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatlara müraciət edib.
FHN-dən verilən xəbərə görə, müraciətdə deyilir: "Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların müvafiq mütəxəssislərinin attestasiyasını keçirir.
Bu səbəbdən, nüvə və radiasiya təhlükəli obyektlərin müvafiq əməkdaşlarının attestasiyadan uğurla keçməsi üçün ixtisas səviyyələrinin artırılması məqsədilə müəssisələr bir sıra hallarda bu sahədə təlimlər keçən təşkilatlara müraciət edirlər. Lakin nəzərə alınmalıdır ki, qanunvericiliyn tələbinə əsasən, radiasiya mühafizəsi, təhlükəsizlik normaları və qaydaları üzrə təlimlər keçirən fiziki və hüquqi şəxslərin tədris metodikası Agentlik tərəfindən razılaşdırılaraq müvafiq qaydalara uyğun təşkil edilməlidir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatlara müraciət edərək, bu mənbələrlə çalışan mütəxəssislərin radiasiya mühafizəsi, təhlükəsizlik normaları və qaydaları üzrə ixtisaslarının artırılması üçün yalnız Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış tədris metodikasına malik fiziki və ya hüquqi şəxslərin xidmətlərindən istifadə olunmasını tövsiyə edir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 11 saat əvvəl
-
15 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
17 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
17 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
18 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 18 saat əvvəl
-
18 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 18 saat əvvəl
Son Xəbərlər

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
