Gürcüstan şirkəti Azərbaycanın mağazalar şəbəkəsini alıb
Gürcüstan şirkəti "Elit Electronics" Azərbaycanın "Elit Optimal" şəbəkəsini alıb.Gürcüstanın məişət elektronikası mağazalar şəbəkəsi olan "Elit Electronics" Gürcüstanın sərhədlərini aşaraq Azərbaycanda fəaliyyət göstərən "Elit Optimal" şəbəkəsini əldə edib.
Marja.az-ın əldə etdiyi məlumata görə, bu barədə "Elit Electronics"in baş direktoru Lado Jobava məlumat verib.
"“Elit Electronics-in yeni strategiyası Cənubi Qafqazda genişlənməyimizi nəzərdə tutur. Azərbaycan bazarına daxil olmaq qərarına gəldik. Qərara əsasən, Azərbaycanda fəaliyyət göstərən "Elit Optimal" alınıb”, - Lado Jobava bildirib.
10 mağaza açmağı planlaşdırır
O qeyd edib ki, Azərbaycanda "Elit Optimal" şəbəkəsi 30 mağazadan ibarətdir, şirkət bu rəqəmi 40-a çatdırmağı planlaşdırır.
Qeyd edək ki, Azərbaycanda "Elit Optimal" şəbəkəsi "ELİT EO" MMC şirkəti tərəfindən idarə olunur.
"Elit Electronics" Gürcüstanın istehlak bazarında 26 il əvvəl fəaliyyətə başlayıb. Şirkətin fəaliyyət sahəsi televizor, audio və video cihazları, məişət texnikası, kompüter və mobil telefonların pərakəndə və topdansatış ticarətini əhatə edir. “Elit Electronics” İsrail bazarında fəaliyyət göstərən və Təl-Əviv Fond Birjasında siyahıya alınmış “Brimag Digital Age” şirkətinin törəmə şirkətidir.
Dövlət Vergi Xidmətinin məlumatına görə, Lado Jobava "ELİT EO" MMC-nin qanuni təmsilçisi (rəhbəri) olub. 01 Yanvar 2023-cü il tarixində dövlət qeydiyyatına alınmış və 1000 manat nizamnamə kapitalı olan "ELİT EO" MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, AFİYƏDDİN CƏLİLOV, ev 27A, "PARK AZURE", 2-Cİ MƏRTƏBƏDİR.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















.jpg)







