“Masdar” üçün Azərbaycanda “Yaşıl hidrogen” və “yaşıl ammonyak”la bağlı bazar araşdırmaları aparılır
Azərbaycanın energetika naziri Dubayda bir sıra görüşlər keçiribEnergetika naziri Pərviz Şahbazov Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində bir sıra görüşlər keçirib.
“Masdar”ın icraçı direktoru Məhəmməd Cəmil Əl Rəmahi ilə görüşdə Azərbaycanın “yaşıl enerji”nin inkişafı və karbon emissiyalarının azaldılması hədəflərinin yerinə yetirilməsində BƏƏ-nin “Masdar” şirkəti ilə 10 QVt-lıq bərpa olunan enerji layihələri üzrə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Söhbət zamanı şirkətlə ilkin mərhələdə quruda və dənizdə 4 QVt “yaşıl enerji” layihələrinin icrası, bu çərçivədə ümumi gücü 1 QVt olan günəş və külək elektrik stansiyaları üzrə oktyabrda imzalanmış İnvestisiya müqavilələrindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, hazırda quruda və dənizdə bərpa olunan enerji mənbələrinin sahələrinin müəyyən edilməsi və müvafiq qurumlarla razılaşdırılması prosesi həyata keçirilir. “Yaşıl hidrogen” və “yaşıl ammonyak”la bağlı bazar araşdırmaları isə davam edir.
Nazir Pərviz Şahbazov Pakistanın Keçid Hökumətinin energetika və neft naziri Məhəmməd Əli ilə də görüşüb. Görüşdə bu ilin iyul ayında Pakistana uzunmüddətli LNG təchizatı üzrə imzalanmış müqavilənin icrası, neft məhsullarının tədarükü və ikitərəfli enerji əməkdaşlığının digər mühüm istiqamətləri barədə müzakirələr aparılıb. Ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin geniş spektrli əməkdaşlığa imkan yaratdığı qeyd olunub.
Rumıniya Parlamentinin ətraf mühit və ekoloji tarazlıq komissiyasının prezidenti Virgil-Daniel Popesku ilə görüşdə isə iki ölkə arasında enerji tərəfdaşlığının inkişafına dair fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində energetika naziri ilə Vestas şirkətinin vitse- prezidenti Morten Dyrholm arasında da görüş olub. Görüşdə Azərbaycanın yaşıl enerji kursu və külək turbinlərinin istehsalı üzrə əməkdaşlıq perspektivləri müzakirə obyekti olub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
























