Uşaq evləri Sosial Xidmətlər Agentliyinin tabeliyinə verildi
Ailə tipli kiçik qrup evləri və uşaq evləri Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.1 və 2 nömrəli Ailə tipli kiçik qrup evləri və uşaq evi sosial xidmət müəssisələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.
Nazirlər Kabineti bu barədə qərar qəbul edib.
Qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan 1 və 2 nömrəli Ailə tipli kiçik qrup evləri, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı şəhəri üzrə Nizami rayonu 1 nömrəli uşaq evi, Suraxanı rayonu 2 nömrəli uşaq evi, Xətai rayonu 3 nömrəli uşaq evi, Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Gəncə şəhər məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün qarışıq tipli uşaq evi, Şəki Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Şəki şəhər qarışıq tipli uşaq evi, Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Osman Mirzəyev adına qarışıq tipli uşaq evi sosial xidmət müəssisələri ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilmiş sosial xidmət müəssisələrinin əsasında Sosial Xidmətlər Agentliyinin tabeliyində müvafiq publik hüquqi şəxslərin yaradılması üçün iki ay müddətində zəruri tədbirlər görülməsini təmin etməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Gəncə Şəhər İcra Hakimiyyəti, Şəki Şəhər İcra Hakimiyyəti və Lənkəran Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi























