Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da əmək bazarında soyumağa işarə edən məlumatların ardından birjalar günü qarışıq nəticələrlə başa vurub.
ABŞ-da “JOLTS” vakant iş yerlərinin sayı 2021-ci ildən bəri ən aşağı səviyyəyə endikdən sonra birjalarda qarışıq tendensiya müşahidə olunub.
Dünən açıqlanan məlumatlara görə, ABŞ-da “JOLTS” vakant iş yerlərinin sayı oktyabr ayında əvvəlki ayla müqayisədə 617 min azalaraq 8 milyon 733 minə düşüb. Bazar proqnozlarından aşağı olan vakansiyaların sayı 2021-ci ilin martından bəri ən aşağı səviyyəsini görüb.
Analitiklər, boş iş yerlərinin sayının azalmasının yüksək faiz dərəcələrinin əmək tələbini azaltdığının göstəricisi olduğunu və bu nəticələrin ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasətinin sərtləşdirmə dövrünün sona çatması ilə bağlı ehtimalları dəstəklədiyini bildirib.
Əmək bazarında soyumağa işarə edən məlumatların ardından ABŞ-ın 10 illik istiqrazlarının gəlirlilik faizi təxminən 11 baza bənd azalaraq 4.16% olub.
Bundan əlavə, ABŞ-da Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi ilə bağlı dünən açıqlanan məlumatlar sektorun gücünü qoruduğunu göstərdi. Təchizat İdarəetmə İnstitutunun (ISM) Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) noyabr ayında bazar proqnozlarını üstələyərək aylıq müqayisədə 0.9 bənd artıb və 52.7 bəndə yüksəlib. “S&P Global” tərəfindən açıqlanan noyabr ayı xidmət sektoru PMI məlumatları da 50.8 bəndlik göstərici ilə 4 ayın ən yüksək səviyyəsini qoruyub.
Digər tərəfdən, “Bitcoin” 2022-ci ilin aprelindən bəri ilk dəfə olaraq 44.000$-ı ötüb. Bahalaşmağa səbəb kimi spot Bitcoin mübadilə fondunun (ETF) tətbiqinin təsdiqlənəcəyi ehtimallarını qeyd edə bilərik.
Bu gün isə investorlar ABŞ-da açıqlanacaq özəl sektorda məşğulluqla bağlı məlumatları (ADP) diqqət mərkəzində saxlayacaqlar.
Kriptovalyuta birjalarındakı qiymət artımları fonunda “güvənli liman” olan qızıla tələb azalmaqda davam edir. Qızılın qiyməti cari həftənin ilk günü yaşanan 196$-lıq volatillikdən sonra 2021$ səviyəsində stabilləşib. Hazırda 2021$-dan təklif edilən qızıl 2018.00 səviyyəsini qırsa, növbəti nail oluna biləcək hədəfləri 2010$ və 2000$ səviyyələridir. Mümkün artım ssenarisində isə, qiymət əgər 2035$ səviyyəsindəki müqavimət həddini qırsa, növbəti müqavimət hədləri kimi 2047$ və 2061$ səviyyələri çıxış edir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
13 d. əvvəl
Bezosun "Project Prometheus" layihəsi 10 milyard dollarlıq investisiya raundunu tamamlamaya yaxındır
-
22 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 16 vaqon dizel yanacağı göndəriləcək
-
24 d. əvvəl
"Geyim pərakəndəsi sektorunda ədalətsiz mühit, yerli istehsalın inkişafına məhdudiyyətlər var"
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “Private Banking” filialını istifadəyə verməyi nəzərdə tutur
-
2 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
2 saat əvvəl
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
-
11 saat əvvəl
Bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verildi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Geyim pərakəndəsi sektorunda ədalətsiz mühit, yerli istehsalın inkişafına məhdudiyyətlər var"
Apple-ın baş icraçı direktoru vəzifəni tərk edir
Bank “Private Banking” filialını istifadəyə verməyi nəzərdə tutur
Ən çox oxunanlar
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
Bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verildi
Pezeşkian: ABŞ İranın təslim olmasını istəyir
Əli Əsədovun rəhbərliyi ilə iclas keçirilib
Tramp: Yüksək səviyyəli iranlı rəsmilərlə görüşməyə hazıram
Tramp: İranla razılaşma bu gün imzalanacaq






.jpg)







.jpg)





