Təhsilin İnkişafı Fondu və “İnci" Şirkətlər Qrupundan birgə layihə - 800 KİTAB İANƏ EDİLDİ
2023-cü il 6 dekabr tarixində Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbin şagird və müəllimləri ilə görüş baş tutub.
"İnci Group of Company"dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, görüşün əsas məqsədi Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Mərkəzi Aran Rayon Təhsil İdarəsinə 800 kitabın təhvil verilməsi olub.
Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, “Inci Group of Companies” şirkətinin bölgə müdiri Babək Həsənov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Sədr layihə haqqında ideyanın yarandığı ilk günlərdən “Inci Group of Companies” şirkətinin tam dəstəyini vurğulayıb.
Bildirilib ki, layihə çərçivəsində ianə ediləcək kitabların sayı 4000 ədəddir və növbəti həftələr ərzində daha 2 Regional Təhsil idarəsində görüşlər keçirilməsi nəzərdə tutulub.
“Inci Group of Companies” şirkətinin bölgə müdiri Babək Həsənov isə “İnci” şirkətinin gələcəkdə məktəbin şagirdləri, əlaçıları üçün həvəsləndirici hədiyyələr təqdim edə və kitablar ianə edə biləcəyini xüsusilə vurğulayıb.
Görüş müəllim və şagirdlərin iştirak etdiyi müzakirələrlə davam edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
























