Havanın isti və quraq keçməsi sahələrdə zərərli orqanizmlərin çoxalmasına şərait yaradıb
"Belə isti, əlverişli hava şəraitində siçanabənzər gəmiricilərin pik həddə çatması ehtimalı böyükdür",
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə gələn ilin məhsulu üçün 65 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. İndiyədək 26 min 456 hektarı buğda və 36 min 436 hektarı dən üçün arpa olmaqla, 62 min 892 hektar sahəyə toxum səpilib. Hazırda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin (BMFM) Şəki rayon Mərkəzi və digər dövlət qurumlarının mütəxəssisləri tərəfindən taxıl sahələrində mütəmadi monitorinqlər həyata keçirilir.
Mərkəzin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev bildirib ki, havanın uzun müddət isti və quraq keçməsi səpin sahələrində zərərli orqanizmlərin, xüsusilə siçanabənzər gəmiricilərin əhəmiyyətli dərəcədə çoxalmasına şərait yaradıb. Mərkəzin mütəxəssisləri tərəfindən yeni səpilmiş taxıl sahələrinin 19 min 913 hektarında fitosanitar müşahidələr aparılıb, 10 min 631 hektarda sirayətlənmə aşkar edilib. Sirayətlənmiş sahələrin 989 hektarında siçanabənzər gəmiricilərin populyasiya sıxlığı, iqtisadi zərərvermə həddindən çox olduğu üçün büdcə vəsaiti hesabına aldadıcı yem hazırlanaraq kimyəvi mübarizə tədbirləri aparılıb.
Mərkəz rəsmisinin sözlərinə görə, son illərdə siçanabənzər gəmiricilərin belə pik həddə çatması 2019-cu ilin payızı və 2020-ci ilin yazında müşahidə olunub. Artıq depressiya dövrünün 4-cü ili olduğu üçün belə isti, əlverişli hava şəraitində siçanabənzər gəmiricilərin pik həddə çatması ehtimalı böyükdür. Hazırda mütəxəssislər tərəfindən müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Tələt Mehdiyev bildirib ki, sahələrə səpilən toxumun 5 min 88 tonu xəstəlik və torpaq zərərvericilərinə qarşı geniş spektrli insekto-fungisidlərlə dərmanlanıb. Bu isə vegetasiya ərzində sürmə, kök çürüməsi, fuzarioz, alternarioz kimi xəstəliklərə, həmçinin taxıl böcəyi sürfələri, taxıl sovkası və məftil qurdları kimi zərərvericilərə qarşı taxıl bitkilərinin effektli mühafizəsi deməkdir.
Bildirilib ki, səpin aparılmış bəzi sahələrdə payızlıq və qışlıq alaq otlarının inkişafı müşahidə edildiyi üçün belə sahələrdə, ümumilikdə 330 hektarda alaq otlarına qarşı 2,4 D törəməli herbisidlərlə kimyəvi mübarizə tədbirləri aparılıb.
Mərkəz rəisinin məlumatına görə, səpin müddətində 5,2 min ton ammofos və nitrofoska gübrələrindən istifadə edilib. Hazırda səpin yekunlaşmaq üzrədir. Hava şəraiti ilə əlaqədar səpin sahələrində səpsuvar həyata keçirilir.
© Azərtac
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
- 22 d. əvvəl
-
25 d. əvvəl
İsrailin Qətərə hücumu və sanksiyalar barədə xəbərlər neftin qiymətini yüksəldib
-
50 d. əvvəl
"Facility Management Group" şirkəti şəhid və qazi övladlarına məktəb ləvazimatları hədiyyə edib
-
9 saat əvvəl
Apple ABŞ-da iPhone Pro modellərinin qiymətini qaldırdı – 2017-dən bəri ilk dəfə
-
9 saat əvvəl
Apple-ın səhmləri iPhone 17-lərin təqdimatından sonra ucuzlaşıb
-
10 saat əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
14 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
15 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
15 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Rəsmi məzənnələr açıqlandı


Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
Ən çox oxunanlar

AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir
