"Bakmil" stansiyası yenidən qurulacaq
Avqust ayından "Bakmil" stansiyasının yenidən qurulmasına başlanılacaq.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, yeganə yerüstü stansiya olan "Bakmil" açıq hava şəraitində uzunmüddətli istismar nəticəsində atmosfer mühitinin aqressiv təsirlərinə məruz qalıb. Bu səbəbdən stansiya platformasının möhkəmləndirilməsi, fasad üzlüyünün, divar və döşəmə örtüyünün yenilənməsi, qapı və pəncərələrinin dəyişdirilməsi zərurəti yaranıb.
Təmir işlərinin aparıldığı müddət ərzində sərnişinlər stansiyadan istifadə edə biləcəklər. Stansiyanın xidmətindən istifadə edən sərnişinlərin təhlükəsizliyi və rahatlığını maksimum təmin etmək məqsədilə stansiyanın yenidən qurulması əvvəlcədən hazırlanmış tədbirlər planına uyğun yerinə yetiriləcək.
Yenidənqurma işləri başa çatdırıldıqdan sonra stansiya sərnişinləri ikinci mərtəbəsindən qəbul edərək yola salacaq. Aşağı mərtəbə isə xidmət heyəti üçün nəzərdə tutulacaq.
Qeyd edək ki, Bakı metropoliteni istifadəyə verilərkən, belə bir stansiyanın tikintisi ilkin planda nəzərə alınmamışdı. Ötən əsrin yetmişinci illərində həmin ətrafda keçmiş SSRİ-nin ilk kondisioner zavodunun istismara verilməsi, həmçinin "Bakıelektroterm" QB-də çalışan insanların rahatlığının nəzərə alınması, eləcə də ətrafda yeni sənaye obyektlərinin meydana gəlməsi depo ərazisində ikinci sərnişin platformasının inşa olunması zərurətini yaradıb.
"Depo" adlandırılmış ilk belə kiçik bir platforma 1970-ci il sentyabrın 25-də istifadəyə verilib. 1979-cu ildə isə həmin platforma indiki birplatformalı stansiya görkəmini və statusunu aldı. "Elektrozavod" adlandırılan stansiyanın martın 28-də keçirilən rəsmi açılış mərasimində Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev, dövlət və hökumət nümayəndələri iştirak etmişdilər. 1992-ci ildə stansiyanın adı dəyişdirilərək, "Bakmil" qoyulub.
38 ildir istifadədə olan "Bakmil" stansiyasının yenidənqurma tədbirlərinin 2018-ci ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
13 d. əvvəl
"Agro Dairy" Azərbaycanda ilk dəfə SAP S/4HANA Private Cloud ERP sistemini uğurla tətbiq etdi
-
-
54 d. əvvəl
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Aprelin 4-də gözlənilən hava şəraiti
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
Ən çox oxunanlar
Azərbaycana gələn əcnəbilərin sayı azalıb
Bank sektorunda çalışanların sayı 1643 nəfər artıb
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
AccessBank dörd nominasiya üzrə qalib oldu!
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və ABB müqavilə imzaladı
Bakı Fond Birjasının ticarət dövriyyəsində böyük azalma

















