Azərbaycana neft və qazdan daxil olan pul azalır
Azərbaycana neft və qazdan daxil olan valyuta 5 milyard dollardan çox azalaraq 33,6 milyard dollardan 28,5 milyard dollara düşüb.
2023-cü ilin yanvar-noyabr dövründə (11 ayda) Azərbaycandan 28 milyard 479 milyon 306 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac edilib
Marja.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
O cümlədən, cari ilin 11 ayında 15 milyard 99 milyon 942 dollarlıq xam neft, 12 milyard 775 milyon 689 min dollarlıq təbii qaz ixrac olunub.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr dövründə (11 ayda) Azərbaycandan 33 milyard 647 milyon 116 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 18 milyard 318 milyon 642 min dollarlıq xam neft, 14 milyard 807 milyon 620 min dollarlıq təbii qaz ixrac edilmişdi.
Beləliklə, neft-qaz sektoruna daxil olan mallar üzrə Azərbaycana daxil olan valyuta 2023-cü ilin yanvar-noyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyard 167 milyon 810 min dollar azalıb. Xam neft üzrə gəlir 3 milyard 218 milyon 700 min dollar, təbii qaz üzrə gəlir 2 milyard 31 milyon 931 min dollar azalıb. Əsas səbəb ötən illə müqayisədə neft və qaz qiymətlərinin daha aşağı olmasıdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
