Şirkət qadın və kişi əməkdaşlarına bərabər əməkhaqqı təklif etdiyi üçün beynəlxalq sertifikata layiq görüldü
“Coca-Cola İçecek” şirkəti beynəlxalq sertifikata layiq görülüb“Coca-Cola İçecek” (CCİ) şirkəti qadın və kişi əməkdaşları arasında bərabərliyin təmin edilməsində yüksək standartları qoruduğuna görə nüfuzlu beynəlxalq sertifikata layiq görülüb.
Şirkət eyni vəzifəni icra edən qadın və kişi əməkdaşlarına bərabər əməkhaqqı təklif etdiyi üçün beynəlxalq “Bərabər Əməkhaqqı Sertifikatı” ilə təltif edilib.
CCİ, Coca-Cola Sistemində bu sertifikata sahib ilk istehsalçı şirkət olmaqla yanaşı, Türkiyədə fəaliyyət göstərən ilk qlobal sertifikatlı beynəlxalq şirkət və Özbəkistan, İraq, Azərbaycan, Qırğızıstan, Türkmənistan və Tacikistanda həmin sertifikata layiq görülən yeganə şirkətdir.
CCİ 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Strategiyası çərçivəsində sertifikatlaşdırma üçün könüllü müraciət edib. Müraciət əsasında Bərabər Əməkhaqqı Fondunun (www.equalsalary.org) və PricewaterhouseCoopers (PwC) şirkətinin mütəxəssisləri audit apararaq şirkəti "Bərabər Əməkhaqqı Sertifikatı"na layiq görüblər.
CCİ Azərbaycanın baş direktoru Rəna Məmmədova bildirib ki, bu, CCİ-in Dayanıqlı İnkişaf öhdəliklərinə çatmaq yolunda mühüm nailiyyətdir və CCİ-in “Müxtəliflik və İnklüzivlik” prinsipinə sadiqliyinin sübutudur: “Bu sertifikat CCİ-in iş yerlərində kişilər və qadınlar üçün bərabər imkanların yaradılmasına ayırdığı diqqətin dünya səviyyəsində tanınmasının göstəricisidir. Biz fəxr edirik ki, “Coca-Cola İçecek” Azərbaycanda gender bərabərliyinin təmin edilməsinə görə mükafatlandırılan ilk şirkət oldu”.
Qeyd edək ki, “Coca-Cola İçecek” Avrasiya regionunun 11 ölkəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Coca-Cola şirkətinin qazlı və qazsız içkilərini istehsal edən CCİ-in 10 mindən çox əməkdaşı, 30 qablaşdırma və 3 meyvə emalı zavodu var.
Azərbaycan bazarına 1996-cı ildə daxil olan CCİ hazırda Sulutəpədəki müasir istehsal zavodu vasitəsilə 10 milyondan çox istehlakçıya qürurla xidmət edir və hazırda zavodda 400-ə yaxın yerli mütəxəssis fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 14 saat sonra
-
- 10 saat sonra
-
6 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
7 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
7 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb





















.jpg)



