ABB-nin TamEco layihəsi milli KSM mükafatına layiq görüldü
(®) Ölkəmizdə artıq 5-ci ildir təqdim olunan Milli KSM Mükafatının builki qalibləri açıqlanıb.
ABB-nin TamEco layihəsi "İqlim dəyişikliyinə qarşı mübarizə" nominasiyası üzrə Milli KSM mükafatına layiq görülüb.
"İqlim dəyişikliyinə qarşı mübarizə" BMT-nin dayanıqlı inkişaf məqsədlərindəndir. “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmaq Azərbaycanın da 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri kimi müəyyənləşib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı əsasında 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Xatırladaq ki, ölkəmiz 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29 kimi mötəbər bir tədbirə də ev sahibliyi edəcək.
ABB-nin TamEco layihəsi də bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə ictimai dəstəkdir. Layihə 2022-ci ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Visa beynəlxalq ödəniş təşkilatı ilə tərəfdaşlıq əsasında hazırlanmaqla reallaşdırılıb. Layihəyə əsasən, müştərilər ABB-dən TamEco kartı sifariş verdikdə hər karta görə bir ağac əkilməsi imkanı yaranıb. Ağac tinglərinin alınması üçün ianə ödənişini müştərilərin adından Bank öz üzərinə götürüb. Beləliklə, ABB-dən bir TamEco kartı sifariş etmiş hər müştəri bununla ölkəmizdə bir ağac böyütmüş olub. Layihə çərçivəsində Azərbaycan ərazisində ümumən 36 000 ağac əkilib.
TamEco kartının özü də dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Bu, Visa-nın bazasında təkcə Azərbaycanda deyil, ümumən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda təqdim olunan ilk eko kartdır.
Milli KSM Mükafatının mükafatlandırma komissiyasının tərkibində bir çox dövlət qurumları təmsil olunur. Layihənin əsas məqsədi ölkəmizdə həyata keçirilən korporativ sosial məsuliyyət (KSM) layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələri həyata keçirən şirkətlərin fəaliyyətini daha geniş miqyasda təqdir etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 17 d. əvvəl
-
44 d. əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib

















