Bakı hava limanı bayram günlərində gücləndirilmiş iş qrafikinə keçir
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu 28 dekabr tarixindən 7 yanvar 2024-cü il tarixinədək sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə gücləndirilmiş iş qrafikinə keçir.
Bu, Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, Bakı hava limanı sərnişinlərə səyahət zamanı optimal şərait təklif etməklə xidmət keyfiyyətini daim yüksəltməyə çalışır. Tətbiq edilən gücləndirilmiş iş qrafiki sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi, uçuşların vaxtında yerinə yetirilməsi və xidmətin yüksək səviyyədə təqdim edilməsi məqsədi daşıyır.
Bayram günlərində artan sərnişin axınını nəzərə alaraq, mümkün ləngimələrin qarşısını almaq məqsədilə sərnişinlərə uçuşa 3 saat qalmış hava limanına gəlmələri tövsiyə olunur.
Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edir, parlaq təəssüratlar və təhlükəsiz səyahət arzulayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 6 d. əvvəl
- 14 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"






















