"Volqa avtomobili müasir dizayna malik olacaq, loqo eyni qalacaq"
İstehsalının 2024-cü ilin ortalarında bərpa edilməsi planlaşdırılan Volqa avtomobili müasir dizayna malik olacaq, loqo isə eyni qalacaq.
Marja.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baş nazirinin müavini, Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov bildirib.
Baş nazirin müavini bildirib ki, istehsal üçün sənaye tərəfdaşı kimi xarici avtomobil istehsalçısı seçilib.
"Bəli, bütün razılaşmalar yekun mərhələdədir. Bu qərarın elan edildiyi gündən, yəni 2023-cü ilin may ayından bəri işlər davam edir. Ona görə də biz ondan çıxış edirik ki, 2024 ilin ortalarında Nijni Novqorod Avtomobil Zavodu klasteri bu avtomobili istehsal etməyə başlamalıdır",- Manturov bildirib.
Yeni avtomobilin radiator barmaqlığı əfsanəvi Volqa ilə oxşar ola bilər.
Bu ilin iyununda bildirildi ki, GAZ Group qrupu texnologiya tərəfdaşının cəlb edilməsi şərtləri ilə Volqa istehsalının bərpasını müzakirə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
3 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
3 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















