Sığortada tənəzzül davam edir - SIĞORTA HAQLARI AÇIQLANDI
2017-ci ilin yanvar-iyun ayı ərzində sığorta şirkətləri tərəfindən 276 milyon 158 min manatdan çox sığorta haqqı toplanmışdır. Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 124 milyon 410 min manat təşkil edib. Bu barədə "Marja"ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun ayları ərzində Azərbaycanın 25 sığorta şirkəti tərəfindən 285,35 milyon manat sığorta haqları hesablanmışdır. Bu, 2016-cı ilin anoloji dövrü ilə müqayisədə 9,19 milyon manat və ya 3,2% azdır.
Cari ilin ilk yarısı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı ödəniş edilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 35 manat olub.
Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 milyon 666 min manat artaraq 193 milyon 802 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 23 milyon 427 min artaraq 98 milyon 573 min manata yüksəlib.
2017-ci ilin ilk rübü ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
10 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























