Startaplara yatırım edən Mələk İnvestorlar Klubunun üzvü olmağın üstünlükləri
Startaplara yatırım edən Mələk İnvestorlar Klubunun üzvü olmağın üstünlükləri
Yatırımlarınızdan 10 dəfə, 100 dəfə, hətta bəzən 1000 dəfə belə gəlir göturmək istəyərsiniz? Bu ancaq startap investisiyalarında mümkündür. Amma hardan başlamaq, necə etmək, risklərini öyrənmək istəyərdiniz? Bunun üçün Mələk İnvestorlar Klubuna (Angel Investors Club) üzv ola bilərsiniz.
Bakıdakı "Technovate - SABAH Angel Investors Club"a üzv olmağın 7 üstünlüyü aşağıdakılardır:
1. Təlimlər. Sizlərə klub üzv olmadan öncə nəzəri təlimlər keçiriləcək. Məsələn, keçən ilin dekabrda 109 nəfərə təlim keçərək kluba üzv olub. Bu ilin may və noyabr aylarında da eyni tədbir təşkil olunacaq. Elanları diqqətdə saxlayın. Klubun Linkedİn səhifəsini izləyə bilərsiniz.
2. Qlobal startaplara yatırım etmə imkanınız olacaq. Ancaq Azərbaycan bazar üçün nəzərdə tutulmuş startaplardan yuxarıda qeyd edilən gəlirlilik əldə etmək çətindir! Sizlərə tam xarici və ya Azərbaycanda "doğulsa" belə qlobal bazarı hədəfləyən, heç olmasa regionu hədəfləyən startupa yatırım etmək lazımdır. Klub sizə bu cür bir neçə startapların ayda 1 dəfə təqdimatını təşkil edəcək.
3. SPV. Yuxarıda yazdıqlarım Sizi cəlb edir, amma elə bilirsiniz ki, siz onminlər, yüzminlər, hətta milyonlar yatırmalısınız? XEYR! Min dollarla belə yatırım edə bilərsiniz. Amma qlobal startaplar, bəzən, məsələn 50 min dollardan az yatırım qəbul etmir? Bu zaman necə edilir? SPV! Klub bir MMC yaradır, həmin min dollarlar ora yığılır. Məsələn, 50 nəfərin hər biri min dollar verir, olur 50 min dollar və sonra həmin MMC startapa yatırım edir. Tutaq ki, 5-10 il sonra o 50 min dollar oldu 500 min dollar. Yenidən pul MMC-yə daxil olur, MMC-dən də pulu yatıranlara ödənilir. Startap yatırımları milyonerlər üçün deyil.
4. "Tək əldən səs çıxmaz" deyiblər. Klub üzvü olmaq bir birinizdən öyrənmək, birlikdə hərəkət etmək üçün ideal bir şəbəkələşmə imkanl verir.
5. Startapın araşdırılması. Startaplar sizlərə təqdim edilmədən öncə bəlli araşdırmadan keçeçirilir. Bu işin ən vaxt aparan hissəsidir. Odur ki, klub bunu Sizin üçün edəcək.
6. Klub üzvü olmaq bahalı bir şey deyil. Sadəcə kursa yazılmaq lazımdır (qiymətlər 150-200 dollar civarındadır). Bir il pulsuz üzv olduqdan sonra davam etmək istəsəniz, ildə təminən 300 dollar ödəyirsiniz. Bu pul da sizlər üçün çalışanlara maaş ödənilməsi üçün sərf ediləcək.. Klub qeyri-kommersiya təşkilatıdır, qazanc güdmür.
7. Bizlər dolayı yolla ölkəmizin startap ekosisteminə müsbət təsir edəcəyik. Ölkəmizdəki startapçılara qlobal düşünməyə təşviq edəcəyik, özünüz çox təcrübələnəcəksiniz, qazandığınız pulları ölkəyə gətirib xərcləyəcəksiniz və s.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
6 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
7 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı













.jpg)





.jpg)


